Ukrayna neçə ildən sonra Avropa İttifaqına daxil olacaq?
Ekskluziv
1887
27 Dec 2023 | 17:30

Ukrayna neçə ildən sonra Avropa İttifaqına daxil olacaq?

 
"Ukrayna ilə danışıqlar Avropa təhlükəsizliyi arxitekturasının bir hissəsidir..."
 
"Avropa təcavüzkarın torpaqları zəbt etmək üçün öz qonşusuna hərbi müdaxilə etdiyi XIX əsrin qaranlıq dövrünə qayıda bilməz..."
 
Ukraynanın Avropa İttifaqına daxil olması prosesi 6 ildən 11 ilədək zaman tələb edə bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avstriyadakı nümayəndəliyinin rəhbəri Martin Zelmayer "Kleine Zeitung" nəşrinə verdiyi müsahibəsində bəyan edib.
 
"Avropa İttifaqına daxil olmaq üçün Avsyriyaya 6 il, İspaniyaya 11 il tələb edilib. Ukrayna üçün isə bu zaman haradasa orta müddət ola bilər".
 
Zelmayerə Ukraynanın Avropa İttifaqına daxil olması üçün danışıqlara başlamaq qərarının "boş vəd olması" barədə sual ünvanlanıb.
 
"Daxil olma haqqında danışıqlar Avropa ailəsinin daimi üzvü olmağa konkret vədin verilməsidir. Lakin bunun üçün ölkə Avropa İttifaqına doğru hərəkət etməlidir.
 
Biz Ukraynanı Avropanın ürəyində görürük. Ukrayna ilə danışıqlar bizim Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir. Avropa təcavüzkarın torpaqlarını zəbt etmək üçün öz qonşusuna hərbi müdaxilə etdiyi XIX əsrin qaranlıq dövrünə qayıtmamalıdır", - o, cavab verib.
 
Avropa Komissiyası nümayəndəliyinin rəhbəri qeyd edib ki, 2016-cı ildən Ukrayna Avropa İttifaqının 70 faiz qanunlarını qəbul edib.
 
"Lakin hələ çox şey etmək lazım gələcək, mən o cümlədən məhkəmə sisteminin müstəqilliyi və administrasiyanın səmərəli olmasını nəzərdə tuturam", - Zelmayer əlavə edib.
 
Ukraynanı Avropa İttifaqına aparan yol
 
Xatırladaq ki, fevral ayında prezident Zelenski  Ukraynanın Avropa İttifaqına üzvlüyü barədə sorğu imzalayıb. Yayda Avropa İttifaqının Belçikada keçirilən sammitində ölkəyə namizədlik statusu qazanıb.
 
Dekabrın 14-də Avropa İttifaqının prezidenti Şarl Mişel elan edib ki, onlar Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması barədə danışıqlara başlamaq barədə qərar qəbul edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər