“Nikosayağı” adı ilə tanınan bloqerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərildi
Hadisə
1889
27 Dec 2023 | 13:22

“Nikosayağı” adı ilə tanınan bloqerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərildi

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
 
Moderator.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
 
Hadisə ilə bağlı cinayət işi açılıb.
 
Link kopyalandı!
Son xəbərlər