Teleaparıcı niva ilə Laplandiyaya, şaxta babanın vətəninə getdi: “Özüm qəsdən köhnə avtomobil seçirəm ki..”-FOTO+ÖZƏL
Ekskluziv
2743
25 Dec 2023 | 09:12

Teleaparıcı niva ilə Laplandiyaya, şaxta babanın vətəninə getdi: “Özüm qəsdən köhnə avtomobil seçirəm ki..”-FOTO+ÖZƏL

“İllərdir səyahət proqramı aparıram. 2016-cı ildə ATV-də yayımlanan verilişimin çəkilişləri üçün avtomobilimlə Fransaya getmişdim. O vaxtdan bu təcrübəm var. İllərdir yollardayam. Qazandığım təcrübəni sosial şəbəkə üzərindən insanlarla bölüşməyi düşündüm. Bu səbəbdən səyahətlərimlə bağlı vloqlar hazırlayıb, paylaşdım. Gördüm ki, insanlara çox maraqlıdır. Yay ayında qarşıma məqsəd qoydum və 01 markalı maşınla İtaliyaya getdim. İtaliyaya getdiyim maşın 1972-ci il istehsalıdır. Özüm qəsdən köhnə avtomobillər seçirəm. Məqsəd də budur ki, o maşın ora çatacaq ya yox?!”
 
Bunu Moderator.az-a açıqlamasında aparıcı Fərid Rəsul bildirib. Aparıcı 3 gün öncə Laplandiyadan, şaxta babanın vətənindən gəldiyini bildirib.
“Finlandiyada 2 il öncə olmuşdum. Düşündüm ki, qış mövsümüdür, bəlkə niva ilə Laplandiyaya gedim?! Kompaniya başlatdım və uşaqlara dedim ki, “mənə məktub yazın, şaxta babanın yanına gedirəm”. Gözləyirdim ki, 3-4 ədəd məktub yazacaqlar, amma 100-ə yaxın məktub gəldi. Bu məni daha da həvəsləndirdi. Bu məqsədlə yola çıxdıq. İki yol var idi. Rusiya tərəfdən sərhəd bağlı olduğu üçün gedə bilmədik. O istiqamətdən 4500 kilometrdir. Amma biz Gürcüstan tərəfdən 6500 kilometr yol qət etdik. 15 ölkədən keçib şaxta bababın iqamətgahına çatdıq. Laplandiya ən bahalı qış istirahətlərindən biri sayılır. Çox çətinliklərlə üz-üzə qaldıq. Əslində bunu düşünməyin özü çətindir. Mümkünsüz bir şeydir. Amma mən mümkünsüzləri mümkün etməyi xoşlayıram. Bir iki dəfə maşın sözümüzə baxmadı. Səyahət 20 gün çəkdi. Hər səhər bir şəhərdə saat qurşağını dəyişirsən, müxtəlif hava durumları ilə üz-üzə qalırsan. Bunun üçün iradə, dözüm lazımdır. Dostum, əməkdaşımız Turalla bu dəfə birlikdə getdik. Yolun hamısını özüm sürdüm. Ümumilikdə 8 min kilometr yol qət etmişik. Maşını Litvada saxlamışam. İnşallah başqa bir ssenari üzərində çalışıram. Dönüşü də o layihə üçün edəcəm. Hədiyyələrin hamısını alıb gətirmişəm, sabahdan uşaqlara paylayacam” deyə aparıcı bildirib.
Link kopyalandı!
Son xəbərlər