“Atletiko” “Sevilyanı” məğlub etdi, dörd dəqiqə oynayan türkiyəli futbolçu meydandan qovuldu - VİDEO
İdman
2353
23 Dec 2023 | 21:43

“Atletiko” “Sevilyanı” məğlub etdi, dörd dəqiqə oynayan türkiyəli futbolçu meydandan qovuldu - VİDEO

İspaniya La Liqasının 18-ci turunda “Atletiko Madrid” və “Sevilya” üz-üzə gəlib. Qarşılaşmanı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Fasilədən dərhal sonra 46-cı dəqiqədə Llorente oyunda yeganə qolu vurub.

66-cı dəqiqədə meydana çıxan Çağlar Söyüncü isə 70-ci dəqiqədə sərt mübarizəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

 

Hazırda La Liqada keçirilən 18 matçdan sonra “Atletiko Madrid” 38 xalla üçüncü pilləyə yüksəlib. “Sevilya” 16 xalla 15-ci yerdədir.

Link kopyalandı!
Son xəbərlər