“Yuventus” səfərdə qələbə qazandı - VİDEO
İdman
2035
23 Dec 2023 | 19:47

“Yuventus” səfərdə qələbə qazandı - VİDEO

İtaliya A Seriyasında 17-ci turun görüşləri keçirilir.

“Frozinone” doğma meydanda “Yuventus”u qəbul edib.

Benito Stirpe stadionundakı qarşılaşma qonaqların qələbəsilə başa çatıb - 1:2.

12-ci dəqiqədə “Yuventus”un hücumçusu Kənan Yıldız hesabı açıb. 51-ci dəqiqədə hücumçu Xayme Baez “Frozinone”nin cavab qolunu vurub. Oyunda son nöqtəni isə “Yuventus”a qələbə qazandıran qolu vuran hücumçu Duşan Vlahoviç qoyub. O, 81-ci dəqiqədə Veston Makkenninin ötürməsindən fərqlənib.

 

Beləliklə də, “Yuventus” turnir cədvəlində ikinci yerdədir. Komanda 17 oyundan sonra 40 xal toplayıb. “Frozinone” 19 xalla 14-cü yerdədir. Çempionata isə “İnter”i başçılıq edir (41 xal).

Link kopyalandı!
Son xəbərlər