Şahramanyan Araikin qardaşı və keşişlərlə “artsax”ın əski parçası və
Ekskluziv
3358
21 Dec 2023 | 08:38

Şahramanyan Araikin qardaşı və keşişlərlə “artsax”ın əski parçası və "gerbi" altında görüntüləndi...-FOTO

Dekabrın 19-da erməni kilsəsinin Rumıniya  yeparxiyasının rəhbəri, Bolqarıstan erməni yeparxiyasının vikarı və Papalığın Balkanlar üzrə nümayəndəsi yepiskop Akopyan  gorbagor(!) “artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyan ilə görüşüb. 
 
Moderator.az xəbər verir ki, erməni mediasının yazdığına görə, bu barədə Rumıniya erməni yeparxiyasının mətbuat xidməti məlumat yayıb.
 
Görüşdə “artsax” yeparxiyasının rəhbəri,  yepiskop Vrtanes Abramyan və separatçı-terrorçu rejimin sonuncu “dövlət naziri”, Araik Arutyunyanın qardaşı(və ya əmisi oğlu) Artur Arutyunyan da iştirak ediblər.
 
Görüş zamanı  Qarabağdan köçmüş  ermənilərin “sosial-iqtisadi vəziyyəti və bu istiqamətdə həyata keçirilən proqramlar, eləcə də artsaxın tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanması məsələləri müzakirə olunub”.
 
Üzdəniraq rumıniyalı erməni “din” xadimi qondarma “artsax” “dövlət” strukturlarının “mövcudluğuna təhlükə ilə bağlı dərin narahatlığını ifadə edib və çətin vəziyyətdə olan bütün artsax erməniləri üçün birləşdirici qüvvə kimi dövlət strukturlarının, qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, diaspor ermənilərinin baxışı artsax dövlət strukturlarının Ermənistandakı fəaliyyətinin davam etdirilməsidir ki, bu da artsaxa qayıtmaq üçün perspektiv və imkan yarada bilər”, - xəbərdə belə deyilir.
 
Görüşün sonunda S.Şahramanyan və A.Arutyunyan erməni keşişlərlə birgə separatçı-terrorçu rejimin əski parçası və qondarma “gerbi” altında foto çəkdiriblər...
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər