“Qutunun içərisinə baxsınlar, əgər problem yaranarsa...” - Eyyub Hüseynovxa0
Ekskluziv
2282
20 Dec 2023 | 15:23

“Qutunun içərisinə baxsınlar, əgər problem yaranarsa...” - Eyyub Hüseynovxa0

Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov valideynlərə səsləndi.
 
O, Moderator.az-a açıqlamasında bayram ərəfəsində marketlərdə, bayram yarmarkalarında satışa çıxarılan hədiyyə qutuları alarkən diqqətli olmağı tövsiyə etdi: 
 
 
“Yeni il ərəfəsində tələb təklifi üstələndiyindən və eləcə də, biznes qurmaq istəyənlər vəziyyətdən sui-istifadə etdiyindən ekzotik qablarda bəzən vaxtı keçmiş, bəzən pis şəraitdə saxlanmış malları qablaşdırıraq, yeni il üçün hədiyyəlik qutular hazırlayıb satışa çıxarırlar. Valideynlər diqqətli olsunlar. Bu qutuları dükandan alan zaman əgər qutu açılıb-bağlanandırsa, məsləhət görürəm ki, açıb içərisinə baxsınlar. Əgər yapışqanla birdəfəlik yapışdırılıbsa, belə qutuları almaqdan, imtina etsinlər. Bütün hallarda, yeni il şənliklərində valideynlər uşaqlarına fikir versinlər ki, uşaqları nə yeyir. Belə mallar əksər hallarda, təhlükəli olur. Valideynlər yeni il şənliyi zamanı diqqətlərini şənliyə yox, uşaqlarına verilən hədiyyə qutularına yönəltsinlər.”
 
Eyyub Hüseynov vurğuladı ki, ölkəyə kənardan gətirilən və üzərinə ana dilimizdə marka nişanı vurulmayan malların satışı da istehlakçı hüquqlarına ziddir: 
 
 
“Azərbaycan Əmtəə Bazarında İrandan gətirilən, milli dildə markalanmayan mallar da var, təəssüflər olsun ki. Belə təqdirdə, istehlakçının məlumat almaq hüququ pozulur. Belə mallar qanunvericiliyə ziddir. Bu cür malları almaqdan imtina etsinlər. Əgər problem olarsa, 1003 qaynar xəttinə, Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm.”
 
Link kopyalandı!
Son xəbərlər