HƏMAS girov saxladığı üç ən yaşlı şəxsin görüntülərini yayımlayıb - VİDEO
Dünya
1992
19 Dec 2023 | 18:40

HƏMAS girov saxladığı üç ən yaşlı şəxsin görüntülərini yayımlayıb - VİDEO

Fələstinin radikal HƏMAS təşkilatı oktyabrın 7-də əsir götürdüyü üç yaşlı israilli girovun qısa videosunu yayımlayıb.

Qeyd olunur ki, söhbət 79 yaşlı Xaim Peri, 80 yaşlı Yoram Metsqer və 84 yaşlı Amiram Kuperdən gedir.

HƏMAS-ın “Telegram”da yayımladığı videoda hər üç kişinin saqqalda olduğu və onların İsrail hökumətinə müraciət edərək müharibəni dayandırmağı tələb etdiyi əks olunub.

Artıq hər üç yaşlı girov İsraildəki yaxınları tərəfindən tanınıb. Onların yaxınları iddia edirlər ki, girovlar açıqlamaları təzyiq altında veriblər.

Mənbə: Reuters

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər