Ekskluziv
3084
19 Dec 2023 | 15:00

"ABŞ Qəzzada baş verənlərə görə məsuliyyət daşıyır, çünki İsrailin ortağıdır" - Mahmud Abbas

 
"Problem fələstinli siyasətçilərin dəyişilməsi və yeni hökumətin formalaşmasında deyil, İsrail hökumətinin siyasətindədir..."
 
Mahmud Abbas ABŞ-ın Fələstin Muxtariyyətinin islah edilməsi barədə çağırışlarına münasibət bildirib və şərt qoyub
 
Abbas bəyan edib ki, Fələstin Muxtariyyətini onun Qəzza bölgəsini idarə edə bilməsi üçün islah etməyə hazırdır, lakin problem İsrailin siyasətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində deyib.
 
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas bəyan edib ki,, Fələstin Muxtariyyətini islah etməyə hazırdır, amma bu şərtlə ki, bu, iki dövlətin yaradılması məqsədilə geniş diplomatik təşəbbüs kontekstində ediləcək. Məlumdur ki, İsrail bu ideyanın əleyhinə çıxır.
 
"Problem fələstinli siyasətçilərin dəyişilməsi və yeni hökumətin formalaşmasında deyil, problem İsrail hökumətinin siyasətindədir", - Abbas bəyan edib.
 
Öz müsahibəsində Fələstin lideri yenidən özünün 1991-ci il konfransına oxşar beynəlxalq sülh konfransına ABŞ-ın sponsorluq etməsilə bağlı çoxillik tələbini irəli sürüb.
 
O zaman Madriddə baş tutan sammitdə Fələstin dövlətçiliyinin 1967-ci ilədək mövcud olan səviyyədə inkişaf etməsinə yönəlib.
 
Amerikanın yüksək vəzifəli məmuru agentliyə məlumat verib ki, bu ideya amerikalı müttəfiqlərlə müzakirə edilib, lakin hal-hazırda administrasiyanın əsas prioriteri deyil.
 
Mahmud Abbas Fələstin məsələsinin irəliyə doğru aparılması üçün zorakılıqdan istifadənin əleyhinə olduğu mövqeyini təsdiq edib. 
 
"Mən dinc müqavimətə tərəfdaram. Mən Qəzza bölgəsində, İordan çayının Qərb sahilində və Şərqi Qüdsdə suveren Fələstin dövlətinin yaradılması üzrə dünya dövlətləri tərəfindən müdafiə edilən qərara gətirib çıxaracaq beynəlxalq birliyin  himayəsi altında beynəlxalq sülh konfransına əsaslanan danışıqların tərəfdarıyam", - o, bəyan edib.
 
O, Fələstin Muxtariyyətinin Qəzza bölgəsinin idarə edilməsinə dönməyə hazır olduğunu ifadə edib, bunun iki dövlətin yaradılması barədə daha geniş təşəbbüsün bir hissəsi olduğu şərtilə mümkün olacağını deyib. 
 
O, bu zaman qeyd edib: "Biz qayıdanda bizə resurslar lazım olacaq, çünki döyüş əməliyyatlarının gedişində bölgənin çox hissəsi dağıdılıb.
 
Mahmud Abbas yenidən vurğulayıb ki, ABŞ "Qəzzada baş verənlərə görə məsuliyyət daşıyır, çünki İsrailin ortağıdır".
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər