Cəmiyyət
2018
19 Dec 2023 | 13:22

"Report" İA "NETTY 2023" Milli internet mükafatının qalibi olub

“NETTY 2023” Milli internet-mükafatları qaliblərə təqdim edilib.
 
Moderator.az xəbər verir ki, İnformasiya və Xəbərlər nominasiyası üzrə "Baku TV-Ru", “Report.az” qalib seçiliblər.
 
Belə ki, "Baku TV-Ru" ən yaxşı sosial media, "Report.az" isə ən yaxşı sayt seçilib.
 
Mükafatlandırma mərasimində “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib: "Biz "NETTY" mükafatına layiq görüldüyümüz üçün fəxr edirik. Bundan sonra da çalışacağıq ki, oxucularımızı operativ, ən əsası dürüst xəbərlərlə təmin edək".
 
Qeyd edək ki, oktyabrın 9-da Azərbaycanın NETTY-2023 Milli İnternet Mükafatı başlayıb.
 
2004-cü ildə yaradılan NETTY hər il Azərbaycanın ən yaxşı internet saytlarını, tətbiqlərini, sosial resurslarını müəyyənləşdirərək mükafatlandırır və bu il 18-ci dəfə keçirilir.
 
Link kopyalandı!
Son xəbərlər