Zahid Oruc MSQ-da ilk iclasını keçirib
Cəmiyyət
2508
18 Dec 2023 | 13:19

Zahid Oruc MSQ-da ilk iclasını keçirib

Prezidentliyə müstəqil namizəd Zahid Orucun   Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib. 
 
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində  namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun  Mərkəzi Seçki Qərargahının ( MSQ) ilk iclası keçirilib. Dekabrın 18-də  keçirilən  iclasda namizədin Mərkəzi Seçki Qərargahının üzvləri təyin edilib. Seçki Qərargahının sədri milli təhlükəsizilik və hərbi humanitar elmlər üzrə professor, sosial fəlsəfə üzrə elmlər doktoru Tahirə Allahyarova  təyin edilib.
 
Namizədin seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, vətəndaş imzalarının toplanması üçün təşkilati tədbirlər, gələcəkdə rəsmən qeydə alınacağı təqdirdə platforma və proqramların hazırlanmasına dair qərarlar qəbul olunub.
 
MSQ Mətbuat Xidməti

Link kopyalandı!
Son xəbərlər