Ekskluziv
2676
17 Dec 2023 | 13:59

"Avropaya müdafiə sahəsində itirdiklərini bərpa etmək üçün 5-8 il lazım gələcək" - Almaniya müdafiə naziri

"Biz bu onilliyin sonunda təhlükələrlə üzləşə bilərik və o zaman buna hazır olmalıyıq..."
 
"Biz öz qitəmizdə təhlükəsizliyin təmin edilməsində daha çox iştirak etməliyik..."
 
Avropa müstəqil şəkildə yeni hərbi təhlükələrə hazırlaşmalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri Boris Pistorius "Welt am Sonntag" nəşrinə müsahibəsində bəyan edib.
 
Pistorius güman edib ki, bir neçə ildən sonra ABŞ  diqqətini Hind-Sakit okean regionuna yönəldəcək, Avropa isə Amerikanın iştirakının mümkün azalması fonunda yeni təhlükələrlə üzləşə bilər.
 
"Biz öz qitəmizdə təhlükəsizliyin təmin edilməsində daha çox iştirak etməliyik, bizim silahlı qüvvələrimiz nöqteyi-nəzərdən itirdiklərimizi bərpa etmək üçün təxminən 5-8 ilimiz var", - Pistorius qeyd edib, lakin nədən bu müddətləri nəzərdə tutduğunu dəqiqləşdirməyib.
 
Müdafiə naziri qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibə üçün silah istehsalını xeyli artırır, həmçinin Baltikyanı ölkələri, Gürcüstan və Moldovanı təhdid edir. "Biz bu onilliyin sonunda təhlükələrlə üzləşə bilərik. Lakin o zaman biz buna hazır olacağıq", - Pistorius eyham vurub.
 
O, həmçinin bundan öncə bəyan edib ki, Avropa anlayır ki, əgər ABŞ yeni maliyyələşdirməni razılaşdıra bilməzsə, Amerikanın Ukraynaya yardımını kompensasiya etmək lazım gələcək.
 
Bu arada isə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri Almaniyanın "Bild" nəşrinin məqaləsini təhlil edərək qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı 2026-ci ilədək müharibəni aparmaq planları onun uzunmüddətli qarşıdurmaya hazırlaşdığını sübut edir.
 
"Bild" iddia edib ki, Rusiya 2024-cü ilin sonunadək Donetsk və Luqanak vilayətlərinin və Xarkov vilayətində Oskol çayınadək bütün əraziləri, 2025-2026-cı illərdə isə Xarkov və Zaporojye şəhərləri daxil olmaqla  Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərini zəbt etməyi planlaşdırır.
 
ABŞ-ın Ukraynaya yardımı
 
Oktyabr ayında ABŞ prezidenti Co Bayden Konqresə 106 milyard dollarlıq əlavə maliyyələşmə haqqında sorğu göndərib.
 
Sənəddə Ukrayna, İsrail və Tayvana yardım ayrılması nəzərdə tutulur. Bunlardan 61 milyard dollar vəsait məhz Kiyevə dəstək üçündür.
 
Lakin iki aya yaxındır ki, Amerika qanunvericiləri bu sorğunun təsdiq edilməsinə yaxınlaşmayıb. Bu günlər Senatda qanun layihəsinə baxılması üzrə səsvermə uğursuzluğa düçar olub.
 
Dekabrın 13-də Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a səfəri çərçivəsində Amerika qanunvericilərinə müraciət edərək Ukraynaya yardımın ayrılmasını təsdiq etməyi xahiş edib. Lakin Vaşinqtonda bundan sonra yardım göstərilməsi barədə dəqiq vədlər verilməyib.
Link kopyalandı!
Son xəbərlər