Tarixi, elmi, bədii və ya digər mədəni dəyərlərə malik abidə növündən və kateqoriyasından asılı olmayaraq mütləq şəkildə qeydə alınmalı, daşınmaz tarix və mədəniyyət abidələrin Dövlət Siyahısına daxil edilməlidir.Yeni qeydə alınan tarix və mədəniyyət abidələrinin elmi təşkilatlar və ya mütəxəsislər tərəfindən ilkin ekspertizası aparılmalıdır. Abidələrin qorunması, mühafizəsi və qeydiyyatı işlərinə müvafiq dövlət qurulmarın nümayəndələri ilə bərabər Qeyri Hökumət Təşkilatlarının və digər ictimai qurumların da nümayəndələrinin iştirakıtəmin edilməlidir.
Yeni qeydə alınan tarix və mədəniyyət abidələri siyahıya alınarkən bu abidə haqqında ekspert rəylərinin verilməsi müvafiq təşkilatlar tərəfindən təmin edilməlidir.
Hər bir yeni qeydə alınan daşınmaz tarix və mədəniyyət abidəsi xüsusi pasporta malik olması zəruridir. Xatirə yerləri, ansambılları, daşınmaz tarix və mədəniyyət abidələri kompleksləri, şəhərlərin tarixi əraziləri, qədim yaşayış evləri və digər yaşayış məntəqələri, məhəllələr, meydanlar, küçələr, tarix və mədəniyyət qoruqları aşağıda adları çəkilən sənədlərə malik olmalıdır:
• Qeydiyyat kitabına və pasporta;
• Hər bir abidə üçün ayrı-ayrılıqda qeydiyyat kitabına və pasporta;
• Tarixi-memarlıq planına.
Tarix və Mədəniyyət Abidələrinin passportu dörd nüsxədən ibarət hazırlanaraq, Azərbaycan Mədəniyyət Nazirliyində, Nazirlər Kabinetində, Bərpa və Layihə İnstitunda və yerli İcra orqanlarının müvafiq idarələrində saxlanılmalıdır.
Tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması xüsusi diqqət, zəngin təcrübə və yüksək tələbkarlıq tələb edir. Abidənin Pasportu onun Dövlət Mühafizəsində və nəzarətində olduğunu təsdiq edən hüquqi sənəddir. Pasportun tərtibi qısa, aydın yığcam ensklopedik məlumatlardan və abidənin görüntüsündən, interyerin en kəsiklərindən və baş planından, baş planın en kəsiklərindən ibarət olmalıdır. Abidənin Pasportu onun kimliyini müəyyən edən hüquqi sənəddir. Hüquqi sənədlər isə düzgün tərtib edilməli və heç bir izaha ehtiyacı olmamalıdr. Passportda bidənin təsdiq edilmiş sertfikat sənədləri, kateqoriyası və növü göstərilməlidir. Abidənin pasportunu müxtəlif səpkili şəkillərlə, abidənin bərpasında istifadə ediləcək layihə smeta sənədləri ilə yükləməyə ehtiyac yoxdur.
Pasportda abidə qeydiyyata alınarkən ilk dəfə çəkilmişşəkil yerləşdirilməlidir. Abidənin qeydiyyatdan sonrakı görüntüləri yəni abidədənin müxtəlif rakuslardan çəkilmiş şəkilləri və eləcədə növbəti illərdə baş vermiş dəyişikliklərin görüntüləri və vəziyyətin təsviri Abidənin Qeydiyyat Kitabında öz təsvirini tapmalıdır.
Abidələrin Pasportları, abidələrin tipoloji xüsusiyyətlərinə görə fərqli formalarda tərtib edilir. Məsələn: Memarlıq abidələrinin, təbiət abidələrinin və ya monumental abidələrin pasportlaşdırılması zamanı eyni pasport formasından istifadə etmək uyğunsuzluq yaradır. Abidənin tipinə uyğun pasport formasından istifadə edilməlidir.
Abidənin pasportu abidənin qeydiyyat kitabı ilə müşaiyyət olunmalıdır. Qeydiyyat kitabında abidənin elmi, bədii və ya mədəni dəyərlərə malik olması barədə məlumatlar, abidənin ərazisi, müasir istifadəyə malik olub olmnaması barədə qeydlər, mövcud elmi-tədqiqat sənədlərinin qısa məzmunu və abidənin görüntüsünün qısa təsvirləri, illüstrasiyaları qeyd edilir:
• Qeydiyyat kitabında abidənin qeydiyyat sənədləri, abidənin müsair vəziyyəti, abidə haqqında elmi məlumatlar, yerləşdiyi ərazi və lanşaftı barədə məlumatlar;
• Tarixi, elmi, bədii və ya digər mədəni dəyərlərin qiymətləndirilməsi sənədləri;
• Abidənin müasir strukturları parklar, bağlar və digər sənət əsərləri barədə məlumatlar; abidənin mühafizə olub olmaması barədə məlumatlar eyni zamanda tarixi bibloqrafik məlumatlar daxil edilməlidir.
Qeydiyyatda olan abidələrə rübdə və ya ildə bir dəfə texniki baxış keçirilməli, abidə üzərində baş verilmiş dəyişikliklər bütün xırdalığına qədər qeydiyyat kitabında öz təsvirini tapmalı imza və möhürlə təsdiq edilməlidir.
Tərtib olunan qeydiyyat kitabında abidələrin bərpaya ehtiyacın olub-olmaması barədə məlumat, Mədəniyyət Nazirliyinə, rayon, şəhər icra orqanlarının müvafiq idarələrinə və abidələrin Bərpasının layihələşdirilməsi eləcədə Bərpa Tikinti idarələrinə göndərilməlidir.
Yerlərdə daşınmaz tarix və mədəniyyət abidələrinin qeydiyyata alınmasına əməl edilməməsi səbəbindən abidələrin qeydiyyatdan kənarda qalması, tarix və mədəniyyət abidələrinin dövlət mühafizəsi qaydaları və Dövlət Qanunçuluğu ilə ziddiyyət təşkil edir və bu abidələrin mühafizə işlərində ciddi nöqsan sayılır. Abidələrlə rəftar, tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa və digər normativ aktlara əsaslanır.
Dövlət mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan ölkənin tarixi və mədəniyyəti baxımından əhəmiyyəti olan bina, qurğu və ya tikililər dövlət qeydiyyatına alınarkən rayon, şəhər icra orqanlarının nümayəndələri eləcədə təsərrüfat rəhbərləri və ya onların nümayəndələri xəbərdar edilməlidirlər.
Abidələrin mühafizəsi ilə məşğul olan dövlət orqanları yeni aşkar olunmuş abidələr barədə məlumatların müzakirəsini təşkil etməklə onların dövlət qediyyatına alınmasına zəmin hazırlamalı və şərait yaratmalıdırlar. Abidələrin qeydiyyatı aşağıdakı qaydada aparılır:
1. Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin qeydə alınması və digər qeydiyyat sənədlərinin tərtib edilməsi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi əsasında mütəxəsislərin rəyləri və razılıqları ilə aparılır. Yerli əhəmiyyətli abidələrin qeydiyyat sənədlərində abidənin yeri, ərazisi, onu əhatə edən təbiət görüntüləri daxil edilir və bu abidələr dövlət qeydiyyatına alınması tövsiyyə olunur.
2. Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatı, respublika abidələri mühafizə idarəsinin rəhbərliyi və mütəxəsislərin iştirakı ilə təqdim olunan yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinin sənədləri əsasında aparılır.
3. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi nəzərdə tutulan abidə, yerli və ölkə əhəmiyyətli abidələrin qeydiyyat sənədləri içərisindən seçilərək elmi-metodiki mərkəzin mütəxəsislərin rəyləri və Mədəniyyət Nazirliyinin təqdimatı əsasında həyata keçirilir.
Yeni abidələrin aşkar edilməsi və qeydə alınması abidə mühafizəçisinin qarşısında duran ən piaritet məsələlərdən biridir. Yeni abidələrin aşkar edilməsi üçün ərazilərə baxış keçirilməli, müşahidə zamanı şübhəli bilinən bütün obyektlər, çalalar, çuxurlar, təpələr, arxlar, tikinti qalıqları, mağaralar, ərazidən tapılan saxsı qırıqları və digər əşyalar tədqiqata təqdim edilməlidir. Bundan başqa ölkə ərazisində idarə və müəsisələr tərəfindən istifadə olunan binaların, elmi, mədəni, bədii, tarixi əhəmiyyətli olub-olmamasını müəyyənləşdirərək, əhəmiyyətinə görə abidə statusuna uyğun olan tikintilərin dövlət mühafizəsinə alınmasını təmin etmək lazımdır. Dövlət abidə mühafizə orqanları bu istiqamət üzrə məlumatlandırılmalı və Dövlət Siyahısına salınmalıdır.
Daşınmaz tarix və mədəniyyət abidələrinin Dövlət Siyahısı abidələrin qeydə alınması işlərində mühüm dövlət sənədi sayılır. Bu siyahıda tarix və mədəniyyət abidələri hansı növə və kateqoriyyaya mənsubluğu müəyyən edildikdən sonra daxil edilir. Daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısı abidələrin kateqoriyasını, görüntüsünü və mövcudluğunu əks etdirir. Daşınmaz tarix və mədəniyyət abidələrinin Dövlət Siyahısı ölkə ərazisində yalnız yeni aşkar edilmiş abidələr üzrə tərtib edilir.
Zərurət yarandıqda yerli və ölkə əhəmiyyətli abidələrin hansısa biri daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısından Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə çıxarıla bilər. Bu o halda baş verə bilərki, abidə təbii fəlakətlər zamanı və ya digər səbəblərdən dağıntılara məruz qalsın və bərpa edilməsi qeyri-mümkün hesab edilsin. Ərazisində arxeoloji qazıntılar və elmi tədqiqatlar aparılaraq, abidə haqqında bütün məlumatlar toplanmış olsun.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun əməkdaşı