1913
07 Dec 2023 | 18:10

"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında xalsız qalmaq istəmirik"

"Avropa Liqasında xalsız qalmaq istəmirik".

Bunu İsveçin "Hakken" komandasının futbolçusu Kadir Hodziç Finlandiya təmsilçisi HİK-ə 3:4 hesabı ilə uduzduqları yoldaşlıq matçından sonra klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı müdafiəçi avrokubokda qrup mərhələsinin sonuncu görüşündən əvvəl belə qarşılaşmanın onlar üçün vacib olduğunu söyləyib.

"Qarabağ" H qrupunda sonuncu matçını məhz "Hakken"ə qarşı keçirəcək. Dekabrın 14-də Bakıda reallaşacaq görüş saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Almaniyanın "Bayer 04" klubu 15 xalla liderdir. "Köhlən atlar" 7 xalla ikinci, eyni xala malik Norveçin "Molde" kollektivi üçüncü pillədə qərarlaşıb. Xalsız olan "Hakken" isə sonuncudur.

Link kopyalandı!
Son xəbərlər