Tokayev: “Qazaxıstan Aİ ilə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır”
2077
07 Dec 2023 | 11:30

Tokayev: “Qazaxıstan Aİ ilə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır”

“Qazaxıstan Avropa İttifaqı (Aİ) ilə strateji tərəfdaşlığını daha da gücləndirməkdə maraqlıdır”.

Bunu Prezident Kasım-Jomart Tokayev Aİ-nin bu ölkədəki səfiri Kestutis Yankauskas ilə görüşündə deyib.

Qeyd edilib ki, onlar Qazaxıstan və Avropa İttifaqı arasında əlaqələrin prioritet istiqamətlərini müzakirə ediblər: “Dövlət başçısı Qazaxıstanın Aİ ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduğunu, eləcə də onların təşəbbüsü ilə irəli sürülən C5+Aİ formatı çərçivəsində çoxşaxəli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyib. Prezident siyasi islahatlar kursunun uğurla həyata keçirilməsindən danışıb, demokratiyanın möhkəmləndirilməsində Qazaxıstana verdiyi dəstəyə görə Aİ-yə təşəkkür edib”.

Bildirilib ki, görüş zamanı “yaşıl” inkişaf, nəqliyyat, logistika və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Link kopyalandı!
Son xəbərlər