07:59
7°C
Bakı
Rusiyanın Ulan-Ude şəhərində yük təyyarəsinin mühərriki havaya qalxandan bir neçə dəqiqə sonra alışıb yanmağa başlayıb.
Bu barədə Buryatiya Respublikasının başçısı Aleksey Sıdenov məlumat verib.
“Təyyarə dərhal eniş edib. Xəsarət alan olmayıb”, - deyə o qeyd edib.
Bildirilir ki, yanğın başlayan kimi təyyarənin pilotları yanacaq çənini tədricən boşaltmağa nail olublar və bununla da eniş zamanı riskləri minimuma endirə biliblər.
Mənbə: RBK