Messi 2023-cü ilin idmançısı seçildi - VİDEO
2581
05 Dec 2023 | 23:54

Messi 2023-cü ilin idmançısı seçildi - VİDEO

ABŞ-nin “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi “Time” jurnalının versiyasına görə ilin idmançısı seçilib.

Bu barədə nəşrin saytında məlumat verilir.

Qeyd olunur ki, 2023-cü ilin yayında Messi ABŞ klubuna keçib və payızda rekord sayılan səkkizinci dəfə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl Top” mükafatını alıb.

Xatırladaq ki, Messinin 37 yaşı var.

Link kopyalandı!
Son xəbərlər