“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
Cəmiyyət
1965
05 Dec 2023 | 18:34

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun təşkilatçılığı ilə 5 dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub. 
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Proqramda könüllülərin ifasında “Xəzərin sahilində”, “Məhəbbət çırağı”, “Azərbaycan”, “Xatirə” kimi musiqi nomrələri səsləndirilib. Konsert proqramı tələbələrdə yüksək ovqat və xoş əhval-ruhiyyə yaradıb. 
 
Qeyd edək ki, BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də qəbul etdiyi qətnaməyə əsasən, hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. 2019-ci ildən fəaliyyət göstərən "BDU könüllüləri” təşkilatı hazırda öz ətrafında 1000-ə yaxın könüllü tələbəni birləşdirir. Təşkilat 2020-ci ildən başlayaraq bir sıra uğurlu layihələr həyata keçirib, BDU-da könüllülük hərəkatının genişlənməsində, tələbə təşkilatları ilə birgə sosial və mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirak edib.  
 
Hazırda könüllü tələbələr BDU-nun müxtəlif struktur bölmələrində fəaliyyət göstərməklə Universitetin ictimai həyatında fəal iştirak edirlər. Bu ilin ilk yarısında “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə müxtəlif səpkili 77 sosial və mədəni-kütləvi tədbir keçirilib. 
Link kopyalandı!
Son xəbərlər