Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Bəs görəsən bu köç nə zamana planlaşdırılır?
Mövzu ilə bağlı millət vəkili Məlahət İbrahimqızı Moderator.az- a danışdı:
"Qərbi azərbaycanlıların öz yurd yuvalarına qayıtması çox realdır. Çünki həm tarixi dəlillər və gerçəkliklər, həm də beynəlxalq hüquq bizim Qərbi Azərbaycanda, indiki Ermənistanda itirilmiş hüquqlarımızın bərpa olunmasın əsas verir. Sadəcə Ermənistandakı revanşist rejim, erməni diasporası və lobbisi, eləcə də bəzi beynəlxalq təşkilatların ikili standartları QAİ-sının qarşısına qoyduğu məqsədə çatmaq yolunda müəyyən problemlər və əngəllər yaratmaq istəyirlər. Buna isə onlar nail ola bilməyəcəklər. İnşallah biz mütləq öz tarixi torpaqlarımıza qovuşacağıq".