Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb
Dünya
1550
05 Dec 2023 | 09:03

Tailandda avtobus qəzasında azı 14 nəfər ölüb

Tailandın cənubunda avtobus qəzasında azı 14 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Bu barədə “Xinhua” məlumat yayıb.

Belə ki, Praçuap Kxiri Kxan əyalətində turistik sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.

İlkin məlumata görə, nəqliyyat vasitəsi ölkənin paytaxtı Banqkokdan Sonqkxla əyalətindəki Natxavi bölgəsinə hərəkət edirdi.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər