“Artsax” “parlamenti” İrəvanda iclas keçirdi -Separatçılar “beynəlxalq komissiya” yaratdılar...
Ekskluziv
2118
05 Dec 2023 | 08:35

“Artsax” “parlamenti” İrəvanda iclas keçirdi -Separatçılar “beynəlxalq komissiya” yaratdılar...

Gorbagor(!) “artsax”ın qondarma “deputat”ları şənbə günü İrəvandakı nümayəndəliklərində  ermənilərin Qarabağdan könüllü köçməsindən sonra qanunsuz “qanunverici orqan”larının ilk “sessiya”sını çağırıblar. 
 
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” məlumat yayıb.
 
Bildirilir ki, separatçılar iclas haqda “rəsmi” məlumat verməyiblər. İclasda Azərbaycanda həbsdə olan üzdəniraq “parlament” sədri Davit İşxanyandan başqa bütün “deputat”lar iştirak edib. “Spiker”i Samvel Babayanın “partiyası”nın üzvü,  “sədr müavini” Qaqik Baqunts  əvəzləyib. 
 
Məlumata görə, gündəliyə 2 məsələ daxil edilib: 2 “deputat” mandat alıb və and içib. İkinci məsələ isə ““artsax” məsələsi üzrə beynəlxalq komissiya” yaradılmasıyla bağlı olub. Həmin separatçı qurum beynəlxalq platformalarda “artsax” məsələsini qaldıracaq və Qarabağa qayıdış məsələləri ilə məşğul olacaq. 
 
“Komissiyaya artsax deputatları daxil edilib, yaxın vaxtlarda başqa adamlar da daxil olacaq” , -deyə erməni nəşri bildirir.
 
Qəzetin yazdığına görə, erməni müxbirlər separatçı “deputat”lara zəng edib iclas haqda məlumat almaq istəsələr də, “onların çoxu yoxa çıxıb, digərləri isə tez telefonlarını qapadıblar”...
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər