Astrada altıotaqlı ev yandı
Hadisə
1931
05 Dec 2023 | 00:56

Astrada altıotaqlı ev yandı

Astara rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Astara rayonunun Deqadi kəndində ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli altı otaqlı evin yanar konstruksiyaları və eyvanı yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər