Ekskluziv
2847
04 Dec 2023 | 13:02

"Üçüncü dünya savaşının qarşısını almaq üçün NATO elə bu gün Ukrayna üçün nələri etməlidir?" - amerikalı ekspert

 
"Amerika və Avropanın təhlükəsizliyi Rusiyaya qalib gəlmiş təhlükəsiz Ukraynadan asılıdır..."
 
"NATO Ukraynanı öz sıralarına qəbul etməməklə üç əsas yanlışlığa yol verir..."
 
NATO Ukraynanın Alyansa qəbul edilməsinin NATO-nun Kreml qoşunları ilə birbaşa və dərhal müharibəyə gətirib çıxaracağına ehtiyat etməklə səhvə yol verir.
 
Moderator.az xəbər verir ki, bu barədə amerikalı diplomat, ABŞ-ın Ukrayna işləri üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker Avropa Siyasəti Analitik Mərkəzi üçün yazdığı məqalədə deyilir. Məlumatı "charger97.org" nəşri yayıb.
 
"Bu fikir yanlışdır və Putinə müharibəni davam etdirmək lazım olduğu barədə siqnal göndərir. O, döyüşməkdə davam edən zaman NATO Ukraynanı öz sıralarına qəbul etmir, beləliklə, Putin qələbəyə hələ şansları olduğuna inanır.
 
NATO əks mesaj göndərməlidir: Putinin nə etməsindən asılı olmayaraq o, Ukraynaya qalib gələ bilməyəcək. Ona görə də müharibənin davam etməsu Rusiya üçün mənasız və fəlakətli olacaq", - Volker qeyd edib.
 
O, NATO-nun indiki yanaşmasının üç əsas yanlışlığını qeyd edib.
 
Birincisi, NATO-nun 5-ci maddəsində Qərbin quru qoşunlarının ön cəbhədə Rusiya qoşunları ilə döyüşməli olduğu barədə konkret tələb yoxdur. 
 
Orada deyilir ki, NATO-ya qarşı istənilən təcavüzə kollektiv cavab veriləcək, lakin Müqavilədə bu kollektiv cavabın nədən ibarət olacağı göstərilməyib.
 
Orada söhbət NATO-nun öz qoşunlarını cəbhə xəttinə göndərməli olduğu barədə söhbət getmir, hərçənd, belə imkan, şübhəsiz, mövcuddur.
 
5-ci maddə yerüstü qüvvələrdən istifadə edilməsi üçün avtomatik olaraq düyməyə basmaq demək deyil. Bu, o zaman belə ola bilərdi ki, məsələn, ərazisi və əhalisi az olan Baltikyanı ölkələr Rusiya tərəfindən hücuma məruz qalsın.
 
Bu halda NATO-ya həqiqətən Rusiyaya qarşı durmaq üçün 5-ci maddəyə uyğun olaraq, o cümlədən quru qoşunlarından istifadə etməklə müdaxilə etmək lazım gələcək.
 
Amma bu məsələ uyğun zamanda şəraitdən asılı olaraq Şimali Atlantika Şurası tərəfindən həll edilməlidir.
 
İkincisi yanlışlıq belə gümandan ibarətdir ki, Putin istəsəydi Ukraynaya qarşı müharibənin eskalasiyasına gedərdi, amma bundan ona görə çəkinir ki, NATO Ukraynaya üzvlük təklif etməyib.
 
"Lakin bu, həqiqətdən uzaqdır. Putinin Ukraynada şərti eskalasiyaya getmək imkanı olsaydı, o, bunu artıq etmiş olacaqdı. Gerçəklik bundan ibarətdir ki, o, Ukraynada döyüşən Silahlı Qüvvələrinin yarısını itirib, indi onları bərpa edə bilmir.
 
O, İran və Şimali Koreyaya bel bağlayır, bu ölkələr onu dronlar və köhnəlmiş artilleriya mərmiləri ilə təchiz edir, o da təlim keçməyən qoşunlarını "top yemi" kimi cəbhəyə göndərir ki, sadəcə, müharibəyə dəstək olsun", - Volker xatırladıb.
 
Üçüncü yanlışlıq nüvə eskalasiyasına aiddir. Lakin Putin bilir ki, (daha vacibi, rusiyalı hərbçilər bunu bilir) nüvə silahının istənilən tətbiqi Ukraynada hər hansı məqsədlərə nail olmağa gətirməyəcək.
 
Lakin, şübhəsiz, Rusiya qüvvələrinə qarşı birbaşa cavab verilməsini labüd edəcək. Bu həm də Rusiyanın hamı tərəfindən, o cümlədən Çin və digər qeyri-Qərb ölkələri tərəfindən pislənilməsinə gətirib çıxaracaq.
 
Diplomat NATO-ya ardıcıl olaraq təcili surətdə aşağıdakı addımları atmağı təklif edib.
 
1. Dənizin minalardan təmizlənməsi
 
NATO-nun Qərb ölkələri Qara dənizə, həmçinin Ukraynaya çıxışı olan NATO üzvü olan ölkələrə minaların axtarılması üçün gəmilər yerləşdirə və ya göndərə bilər. 
 
Buna məqsəd Ukraynanın ərazi sularında, habelə NATO üzrə müttəfiqlərin ərazi sularında və Qara dənizin beynəlxalq gəmiçilik üçün üzən minaların təhlükə törətdiyi geniş beynəlxalq  sularında minasızlaşdırma rejiminin yaradılması olardı.
 
2. Sərbəst gəmiçilik
 
NATO üzrə müttəfiqlər (həm Qara dəniz sahili dövlətləri, həm də xeyli hərbi-dəniz potensialına malik olan digər üzvləri) Qara dənizdə sərbəst gəmiçilik üzrə missiya yaratmalıdır. Qara dənizin beynəlxalq sularında işləyən üçüncü tərəflərin gəmilərinə olan istənilən fiziki təhlükə Cənub-Çin və ya Aralıq dənizlərində olduğu kimi qəbuledilməzdir.
 
Burada həmçinin Qara dənizdə işləyən Rusiya və ya hər-hansı başqa ölkə üçün təhlükə nəzərdə tutulmur, yalnız istənilən beynəlxalq gəmilərin beynəlxalq sulardan sərbəst istifadə edilməsi hüququnu qorumaq vədidir.
 
3. Konkret sistemlərə hər-hansı məhdudiyyətlərin qoyulmaması
 
ABŞ və müttəfiqlərinin son 18 ayda Ukraynaya geniş miyaslı dəstəyinə rəğmən, Qərbin hərbi yardımı ilə bağlı sürüşkən məhdudiyyətlər toplusu qüvvədədir. Əvvəlcə bu məhdudiyyətlər "Stinger" raketlərinə, daha sonra zirehli texnika, artilleriya, təyyarələr, tanklar, uzaqvuran artilleriyaya və s. aid olub. 
 
İndiyədək ABŞ və NATO üzrə müttəfiqlərin tədarük edəcəyi müxtəlif tip sistemlərə xeyli məhdudiyyətlər mövcuddur. Amerikanın artilleriya sistemləri, hərbi-dəniz gəmiləri, uzaq mənzilli raketlər və digər "A-10" qırıcları kimi təyyarə tiplərinin uzaq mənzilliyinin (300 km) xüsusi əhəmiyyəti var. Bu sistemlərin heç biri qadağan edilməməlidir.
 
4. Humanitar məqsədlərlə hava hücumundan müdafiədə iştirak etmək
 
NATO üzrə müttəfiqlər Ukraynanın hava hücumundan müdafiəsi üçün artıq çox şeylər edir, o cümlədən mülki əhalinin və infrastrukturun müdafiəsi üçün HHM sistemlərinin böyük arsenalını tədarük edir.
 
Lakin Rusiya qoşunları mükli əhalyə və infrastruktura Rusiyanın və Ukraynanın işğal edilmiş ərazilərindən hücum etməkdə davam edir. Bu hücumların bir çoxu NATO üzrə müttəfiqlərə, məsələn, Rumıniyaga təhlükə törədəcək dərəcədə yaxınlıqda baş verir.
 
"İndi gəlin təsəvvür edək ki, NATO Ukraynanın müdafiəsi üzrə bu dörd konkret addımı imkan daxilində tez bir zamanda Ukraynanın NATO üzvlüyü olmadan atacaq.
 
Bu, Ukraynanın hərbi əməliyyatlarda uğuruna və Avropa demokratiyası kimi gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərərdi.
 
Lakin daha vacibi odur ki, NATO-nun bu addımları bu gün, Ukraynanın NATO üzvlüyü barədə bəyanatları olmadan atması Rusiya tərəfindən müşahidə etdiklərimizdən savayı heç bir reaksiya doğurmayacaq.
 
Üstəlik, bu, Rusiyanın belə addımların, üstəlik, NATO-da üzvlüyün bir növ "qırmızı xətt" olacağı barədə blefini ifşa edəcək", - Volker yazıb.
 
"Lakin yalnız bu tədbirlərin gerçəkləcəyi təqdirdə Alyans 5-ci maddənin praktikada nə demək olduğu barədə potensial mübahisəli məsələni həll edəcək.
 
5-ci maddənin nə demək olduğu barədə heç bir sirr olmadığı kimi (biz bunu artıq nümayiş etdirmişik), Rusiyanın reaksiyasının necə olacağı barədə də (biz artıq bunu görə bilərdik) heç bir sirr yoxdur.
 
Ona görə də biz Ukraynanı NATO-ya dəvət etmək üçün irəliyə getməyə hazır olmalıydıq", - Volker yazıb.
 
Alyansın 2024-cü ildə Vaşinqton sammitində Ukraynanın NATO-ya dəvət edilməsinə aparacaq yol azad olacaq. Bu məsələnin təsdiqi tez baş verməlidir, Birləşmiş Ştatlar üçün bu, 2025-ci ilin prezidentin andiçmə mərasiminədək baş verməlidir.
 
"Amerikada 2024-cü il prezident seçkiləri həqiqətən də diskusiyaları daha da təxirəsalınmaz edir. Seçkilərin nəticələri tamamilə bəlli olmadığından, mümkündür ki, bu seçkilərdən sonra Ukraynanın NATO-ya üzvlüyünün təşviq edilməsi çox çətin olacaq.
 
Lakin Amerika və Avropanın təhlükəsizliyi Rusiyaya qalib gəlmiş təhlükəsiz Ukraynadan asılıdır. Bu, Ukraynanın tezliklə bizim geniş Alyansımıza qəbul edilməsi üçün daha çox əsaslar yaradır", - amerikalı diplomat vurğulayıb.
Link kopyalandı!
Son xəbərlər