Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq
İdman
1862
02 Dec 2023 | 10:40

Bakıdakı mundialın sonuncu günündə Azərbaycanın beş güləşçisi mübarizə aparacaq

Bu gün Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatı başa çatacaq.

“Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə Azərbaycanın beş yunan-Roma güləşçisi mübarizə aparacaq.

Nihad Quluzadə (60 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialda 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər