Niderland - Azərbaycan oyununun hakimləri bəlli olub
İdman
1803
01 Dec 2023 | 11:27

Niderland - Azərbaycan oyununun hakimləri bəlli olub

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit mərhələsində səfərdə Niderland yığmasına qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Meydanda ədaləti Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas qorumağa çalışacaqlar. "Timekeeper" isə niderlandlı Joern Te Kloeze olacaq.

Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland - Azərbaycan görüşü saat 21:30-da başlanacaq. Millimiz dekabrın 15-də isə Rumıniyanı qəbul edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər