![Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi - FOTO](https://moderator.az/cphoto/670x420/2023/11/28/1701194041_q.jpg)
Qatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən Paris meri Ann İdalqo ətrafında siyasi qalmaqal yaranıb.
Caliber.az xəbər verir ki, bu yaxınlarda o, həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri dövlət büdcəsindən ödənilib.
Lakin səfərin işgüzar hissəsi cəmi bir həftə davam edib. İdalqo səyahətinin ikinci həftəsindən yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət etmək üçün istifadə edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videoları yerləşdirib.
Bu azmış kimi, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.
Maraqlıdır ki, son zamanlar erməni maraqlarına xidmət edənlər nədənsə bir qayda olaraq korrupsiya qalmaqalına tuş gəlirlər. Bu baxımdan, müxtəlif dini təşkilatların “ianələrini” öz hesabatında əks etdirməyən Baronessa Kerolayn Koksu, Avropa Parlamentinin üzvü, böyük “Qatargayt” qalmaqalında əli olan və axtarış zamanı evində əskinaslarla dolu çantalar tapılan Yeva Kaylini və təbii ki, 2024-cü ilin mayında dörd cinayət işi üzrə mühakimə olunacağı gözlənilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendesi xatırlamaq yerinə düşər.
Qeyd edək ki, erməni diasporunun lobbiçilərə xərclədiyi pullar da, yumşaq desək, tam şəffaf mənbədən əldə olunmayıb. Xüsusilə, Avropanın ən böyük erməni lobbi təşkilatı olan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFSD) Afrikanın münaqişə bölgələrindən Belçikaya rəngarəng brilyant qaçaqmalçılığından qazanc əldə edən özəl şirkət tərəfindən maliyyələşdirilir.
Maraqlıdır ki, Ermənistanı müdafiə edən insanlar “ədalət”, “insan haqları”, “demokratiya” kimi sözlər işlətməyi çox sevir, lakin mahiyyətcə korrupsioner məmur olmaları ilə seçilirlər. Bu ikiüzlülük erməni ideyasının özü ilə heyrətamiz dərəcədə uyğunlaşır.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)