“Qoşun yeridin” - Brejnevin daxili işlər nazirinin gecə zənginə cavabı...
Dünya
Oxunub: 1998
28 Nov 2023 | 14:18
“Qoşun yeridin” - Brejnevin daxili işlər nazirinin gecə zənginə cavabı...

SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində olan daxili qoşunların hər hansı bir hadisəyə cəlb edilməsi üçün ölkənin birinci şəxsinin razılığı mütləq şərt sayılıb. Belə bir zərurət 1970-ci ildə də yaranıb. Daxili işlər naziri Nikolay Şelokov gecədən xeyli keçmiş baş katib Leonid Brejnevi narahat etmək məcburiyyətində qalıb.

NİKOLAY.jpg (99 KB)

Maraqlıdır, naziri hansı hadisə vadar edib ki, o, Brejnevin rahatlığını pozub, baş katibin yuxusuna haram qatıb?

Əvvəlcə onu qeyd edək ki, özünü dünyaya humanist və sülh ölkəsi kimi təqdim edən SSRİ-də hər şey heç də qəzet səhifələrində, televiziya ekranlarında göründüyü kimi rahat olmayıb. Yarandığı gündən süqutuna qədər mövcud rejimin sərtliyinə baxmayaraq, ölkədəki narazı kütlələr öz etiraz səslərini ucaltmaqdan çəkinməyiblər. Ölkə rəhbərliyinin yarıtmaz siyasəti, sosial problemlər, yerinə yetirilməyən vədlər etiraz aksiyaları, nümayiş, hətta qiyamlarla müşayiət olunub. Düzdür, bu hadisələr uzun illər ictimaiyyətdən gizli saxlanılıb. Amma 1990-cı illərdən sonra “məxfi” qrifli qovluqlar açıldıqca SSRİ adlı bir ölkənin reallıqları dünya ictimaiyyətinə məlum olub.

70 illik mövcudluğu dövründə SSRİ-də etiraz dalğaları təkcə sənaye şəhərlərindən, kənd təsərrüfatı rayonlarından keçməyib, o cümlədən qapalı məkanlarda da, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, həbsxanalarda da etiraz səsləri eşidilib.

Belə hadisələrdən biri də 1970-ci ilin may ayında Kuybışev vilayətində yerləşən 7 və 16 saylı islah-əmək koloniyalarında baş verib.

AMNİS SON.jpg (171 KB)

1970-ci ildə SSRİ-də Leninin 100 illiyi ilə bağlı böyük tədbirlər keçirilib. Ölkənin ayrı-ayrı bölgələrindən azadlıqdan məhrum olan məhkumların valideynləri, doğmaları Mərkəzi Komitəyə teleqramlar, məktublar ünvanlayaraq ölkə rəhbərliyindən Leninin 100 illik yubileyi ilə əlaqədar amnistiya verilməsini xahiş ediblər. Ayrı-ayrı tədbirlərdə rəsmilər belə bir qərarın verilməsinin mümkünlüyünü söyləyiblər və bununla da insanlarda bir ümid yeri saxlayıblar.

Aprel ayında ölkəni bürüyən yubiley tədbirləri sona çatıb. Daha sonra 1 May və 9 May bayramları təntənə ilə qeyd olunub. Amma amnistiya məsələsi reallaşmayıb. Bu isə cəzaçəkmə müəssisələrində ciddi narazılığa və etirazlara səbəb olub.

MEHBUS.jpg (174 KB)

Mayın 21-də Kuybışev vilayətindəki 17 saylı islah-əmək koloniyasında axşam saatlarında 1-ci postun gözəçti əsgəri Kiselyova məhbuslar hücum ediblər. Hadisə Kiselyovun məhbuslardan birinə xəbərdarlıq etməsi ilə başlayıb. Belə ki, gözətçi əsgər elan lövhəsindən taxta hissələri qopartmaq istəyən məhbusa geri çəkilmək əmrini verib. Əmr icra olunmayanda əsgər havaya xəbərdarlıq atəşi açıb. Lakin bu atəşin də nəticəsi olmayıb. Belə olan halda Kiselyov məhbusun ayaqlarına bir neçə dəfə atəş açaraq onu yaralayıb. Yaralını tibb məntəqəsinə çatdırdıqdan sonra təxminən 30 nəfərə yaxın məhbus Kiselyovu tərk-silah edib ölümcül vəziyyətə qədər döyüblər. Onlar daha sonra koloniyanın inzibati binasına hücum edərək içəridə olan növbətçi zabitləri və nəzarətçiləri tanınmaz hala salıblar. Növbətçi otaqdan cərimə kameralarının (karserlərin) açarları götürülüb, 40 nəfərdən artıq adam dözülməz şəraiti olan cərimə kameralarından azad olunublar.

Qiyama iki “avtoritet” - Aleksandr Boqaçov və Aleksandr Yaxonov başçılıq edib. Qiyamçı məhbusların sayı 500 nəfərə çatıb. Koloniyanın ərazisindəki inzibati bina, klub, yardımçı təsərrüfat otaqları yandırılıb.

Yandir.png (470 KB)

Sonra qiyamçılar koloniyaya bitişik olan digər cəzaçəkmə müəssisəsinə, 6 saylı islah-əmək düşərgəsinə hücum ediblər. Aradakı ikiqat daş hasarı bir göz qırpımında dağıdan məhbuslar burada da nəzarətçiləri və növbətçi zabitləri tərk-silah edib kabinetlərdən birinə doldurublar. Koloniyanın ərazisində olan bütün tikililər yandırılıb.

Koloniyanın sənaye zonasına daxil olan məhbuslar anbarlardan böyük miqdarda spirt əldə ediblər. Qatqısız texniki spirti içən qiyamçılar daha qəzəbli şəkildə qarşılarına çıxan hər şeyi darmadağın ediblər.

Saat 22-23 radələrində islah-əmək müəssisəsinin rəisi Quryev, müavini Brener və əməliyyat hissəsinin rəisi Kostyuk hadisə yerinə gəliblər. Yüksək rütbəlilərin məsələni dinc yolla həll etmək cəhdi baş tutmayıb. Hər üçü dəhşətli dərəcədə döyülərək koloniyanın giriş qapısının qarşısına atılıb.

Məsələdən xəbər tutan Kuybışev vilayət daxili işlər idarəsinin rəisi Vasili Çistyakov gecədən xeyli keçməsinə baxmayaraq, hadisə ilə bağlı SSRİ daxili işlər naziri Nikolay Şelokovu məlumatlandırıb. Yuxarıda qeyd etdiyimiz kimi, həmin dövrdə daxili qoşunların hər hansı bir hadisəyə cəlb edilməsi üçün ölkənin birinci şəxsinin razılığı mütləq şərt sayılıb. Cəmi 15 dəqiqə ərzində Şelokov öz zəngi ilə Brejnevi yuxudan oyadıb, hadisə ilə bağlı baş katibə məruzə edib. Brejnev nazirin gecə zənginə bir cümlə ilə cavab verib:

- Qoşun yeridin!

Bu tapşırıqdan sonra gecə yarısı daxili qoşunların hissələri koloniyaya yeridilib. 6 saata yaxın davam edən əməliyyatdan sonra koloniyada vəziyyət sabitləşdirilib. İnsident zamanı koloniyanın 3 əməkdaşı və 4 məhbus həlak olub. Hadisə ilə bağlı cinayət işi açılıb. Düz bir il davam edən istintaqa 140 nəfər cəlb edilib. 29 nəfər 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və onların cəza yerləri dəyişdirilib. 3 nəfərə isə ən ağır cəza - güllələnmə hökmü oxunub.

TEKLİF.png (378 KB)

Hadisə ilə bağlı Mərkəzi Komitədə xüsusi iclas keçirilib. Həmin dövrdə cəzaçəkmə müəssisələri DİN-ə tabe olduğundan Nikolay Şelokova həbsxanalardakı vəziyyət ilə daha yaxından tanış olmaq və nəzarəti artırmaq tövsiyə edilib. Məhbusların qiyamının yatırılmasında fəallıq göstərən daxili qoşunların bir sıra əsgər və zabitləri isə mükafatlandırılıb. /Musavat.com/

Oxşar xəbərlər
15:58, Bu gün
Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu: "Evlərimiz gedir, baxan yoxdur!" - VİDEO
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA