Bizi sosial şəbəkələrdən izləyin:
“Son illərdə Azərbaycan və Gürcüstan arasında əlaqələr daha da inkişaf edib”.
Bu sözləri “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri, hakim partiyanın deputatı Nikoloz Samxaradze bildirib.
O qeyd edib ki, iki ölkə arasında hər sahədə əlaqələr güclənib.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 31-ci ildönümü ilə bağlı hakim partiyanı təbrik edən N.Samxaradze vurğulayıb ki, partiyalar arasında əməkdaşlıq daha da güclənəcək.
“Biz öz xalqımıza nə arzu ediriksə, dost və qardaş Azərbaycan xalqına da eynisini diləyirik. Regionda sülh və firavanlıq olmasını arzu edirəm”, - komitə sədri söyləyib.