Ekskluziv
2110
21 Nov 2023 | 15:12

"Ərazini müdafiə etmək və öz azadlığı uğrunda mübarizə aparmaq":  Pentaqon rəhbəri Kiyevə niyə səfər edib?

 
"Ukraynanın təhlükəsizliyinin təmin edilməsində göstərilən yardım ABŞ milli təhlükəsizliyinə yatırılan ağıllı investisiyadır..."
 
ABŞ Ukraynaya 100 milyon dollar məbləğində yeni yardım paketi təqdim edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı bəyan edib. Məlumatı "golosameriki.com" saytı yayıb.
 
Onun sözlərinə görə, Ağ ev Kiyevə yeni hərbi yardım paketinə artilleriya və HHM sistemləri üçün döyüş sursatları, habelə tankəleyhinə silah daxil edib. 
 
"Bu, Bayden administrasiyasının Ukraynaya Müdafiə Nazirliyinin ehtiyatından 2021-ci ilin avqustundan təqdim etdiyi 51-ci avadanlıq tranşıdır", Pentaqonun məlumatında deyilir.
 
 
Bu paketə hava hücumundan müdafiə üçün əlavə vasitələr, artilleriya döyüş sursatları, tankəleyhinə vasitələr və başqa avadanlıq daxildir.
 
Bunlar Ukraynaya öz suveren ərazisini müdafiə etmək və Rusiyanın davam edən təcavüzünə qarşı mübarizə aparmağa kömək edəcək".
 
Yardım paketinə o cümlədən "Stinger" zenit raketləri, bir ədəd HIMARS yüksək mobilli artilleriya raket sistemi və ona əlavə mərmilər, 155 və 105 mm kalibrli artilleriya mərmiləri, optiki izləyicisi və sualtı yönləndiricisi olan TOW raketləri, "Cavelin" və AT-4 tankəleyhinə komplekslər, atıcı sılahlar üçün üç milyondan artıq patronlar, maneələrin təmizlənməsi üçün dağıdıcı döyüş sursatları, soyuq hava şəraiti üçün təchizat, ehtiyat hissələri, texniki xidmət və digər köməkçi avadanlıq daxildir.
 
"Ukraynanın təhlükəsizliyinin təmin edilməsində göstərilən yardım bizim milli təhlükəsizliyimizə yatırılan ağıllı investisiyadır", - Pentaqon bəyan edib.
 
"Bu, regionda daha böyük münaqişənin qarşısının alınmasına və digər yerlərdə potensial təcavüzdən çəkindirməyə kömək edir".
 
Məlum olduğu kim, ABŞ müdadiə naziri Lloyd Ostin Kiyevə elan edilməmiş səfərə gəlib.
 
"Bu gün mən buradayam və mühüm xəbərlə gəlmişəm. Birləşmiş Ştatlar Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə bu gün də, gələcəkdə də dəstək verməkdə davam edəcək", - Ostinin məlumatında deyilib.
Link kopyalandı!
Son xəbərlər