BDU-nun Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar - FOTO
Cəmiyyət
1498
21 Nov 2023 | 12:11

BDU-nun Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə şəhid Vadim Qocayev və Fəxrəddin Qurbanlının ailələri ziyarət olunub. Şəhidlərin ailə üzvləri ilə görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov oğlunun məktəb illəri, tələbəlik həyatından danışıb, onun kiçik yaşlarından vətənpərvərliyi ilə seçildiyini bildirib.
 
Tələbələr şəhidlərin ev müzeylərində onlara aid şəxsi əşyalarla tanış olublar.  Şəhidlərimizin fotolarından ibarət xatirə albomlarına baxış keçirilib, onların döyüş yolu xatırlanıb. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. 
Link kopyalandı!
Son xəbərlər