Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi
Siyasət
Oxunub: 1435
21 Nov 2023 | 11:32
Yeni Azərbaycan Partiyası ötən 31 ildə sadiq qaldığı siyasəti ilə ümumxalq partiyası olduğunu sübut etdi
Gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik və kimə borcluyuq
 
Cəmiyyətin avanqard qüvvəsi olan Yeni  Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür. Əbəs yerə deyilmir ki, zaman hadisələrə düzgün dəyər vermək üçün zəngin mənbədir. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları  tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. Həmin dövrün reallıqları bir daha təsdiqlədi ki,  müstəqilliyin əldə edilməsi nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Həmin illərin çətinlikləri, xalqın üzləşdiyi faciələr, eyni zamanda,  hər bir ölkənin inkişafında lider amilinin roluna da işıq saldı. Dövlətinin, xalqının gələcəyini düşünən lider ölkəsini daim uğurlara doğru aparar. Lakin həmin illərin iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası hakimiyyətdə olanların şəxsi ambisiyalarını  dövlət maraqlarından üstün tutmaları Azərbaycanı uçurumun kənarına  gətirmişdir.
 
Belə bir çətin dövrdə  Azərbaycanın taleyi üçün narahat olan ziyalılar öz sözlərini dedilər. Adları tarixə «91-lər» kimi yazılan həmin ziyalılar « Azərbaycan Sizin sözünüzü gözləyir!» müraciəti ilə o illərdə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  olan Heydər Əliyevə üz tutdular.  Azərbaycanı gözləyən təhlükələrdən qoruya biləcək gücə, təcrübəyə, idarəçilik qabiliyyətinə malik olan  Ulu Öndər Heydər Əliyevdən  respublikanı düşdüyü vəziyyətdən çıxarmaq üçün xilaskarlıq missiyasını yerinə yetirməyi xahiş etdilər. Müraciətdə bu mühüm məqam xüsusi qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz. Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin Ümummilli Lider  Heydər Əliyev olduğunu bildirdilər və dahi rəhbərdən bu təşəbbüsə razılıq verməsini xahiş etdilər.  Ziyalıların müraciətinə verdiyi “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı ilə xalqının yanında olduğunu bir daha nümayiş etdirən dahi şəxsiyyət  Heydər Əliyev vurğulamışdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial, iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir.
 
Bu möhtəşəm vəzifələri isə Vətənini, xalqını canından artıq sevən, müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunub saxlanılmasını qarrşıya mühüm vəzifə kimi qoyan  Ulu Öndər  Heydər Əliyev kimi dahi şəxsiyyət yerinə yetirə bilərdi. Belə də oldu. 
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü,  siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün, ümumilikdə Azərbaycanın müstəqillik tarixinin hər bir mərhələsinin tarixi paralellər fonunda  təhlilini vermək, indiki və gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. O dövrü bilməyən, həmin dövrü yaşamayan hər kəs Azərbaycanın hansı çətinliklərdən xilas olduğunu və bugünümüz üçün kimə borclu olduğumuzu bilməlidir. Bu, dövlət başçısı İlham Əliyevin çağırışlarında da özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin reallıqları fonunda keçirilən VII qurultayındakı proqram xarakterli nitqində fəaliyyəti bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, yaradılmasını zəruri edən səbəblərdən geniş bəhs edərək bildirmişdir ki,  o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.
 
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, partiyanın qurucusu Ulu Öndər  Heydər Əliyev YAP yarandığı gündən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışını etməklə bu siyasi təşkilatın gələcəyinə böyük inamını ifadə etdi. İllər keçdikcə partiya atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla milyonların sevgisini, rəğbətini qazandı. Sözlə əməl birliyi YAP-ı cəmiyyətin avanqard qüvvəsinə çevirdi. “Güclü dövlət, yüksək rifah!” devizi partiyanın fəaliyyətinin əsas prinsipinə çevrildi. 1992-ci ilin 21 noyabr tarixində respublikanın müxtəlif bölgələrindən 550 nəfər nümayəndənin iştirakı ilə təsis konfransını Naxçıvanda keçirən YAP-ın üzvlərinin sayı bu gün 800 minə yaxındır. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurcusu, Ulu Öndər Heydər Əliyevin  ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə təsdiqləyən  Yeni Azərbaycan Partiyası ötən 31  ildə sadiq qaldığı siyasəti ilə ümumxalq  partiyası olduğunu sübut etdi. Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış avanqard siyasi təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi, müstəqilliyimizin ideoloji təminatçısı kimi də etimadı doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan, milli məfkurənin, sağlam təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərən partiyanın lideri Heydər Əliyevin şəxsi nüfuzu, qazandığı ümumxalq etimadı və hörməti insanlarda bu partiyaya inamı daha da artırdı.
 
Vüqar Rəhimzadə  vurğulayıb ki, bu gün YAP ölkədə milli birlik və həmrəyliyin yaranıb inkişaf etməsində də aparıcı siyasi qüvvə kimi öncüllüyünü əməli fəaliyyəti ilə doğruldur. Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu əsas hədəf budur: Azərbaycan daha da qüdrətlənməli, insanların həyat səviyyəsi daha da yüksəlməli, sabitlik, davamlı inkişaf əsas prinsip kimi diqqətdə saxlanılmalı, ölkəmizin dünya birliyində mövqeyi durmadan möhkəmlənməlidir. Ən çətin dövrlərdə yeganə ümid yeri kimi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsini nicat yolu seçən xalq sonrakı dövrlərdə yanılmadığını Ulu Öndərin siyasi məktəbinin layiqli yetirməsi Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə bildirdi. Heç də təsadüfi deyil ki, 2003-cü ildən başlanan yol Ulu Öndərin müəyyənləşdirdiyi Böyük Yolun davamı kimi diqqətdədir. 20 il Azərbaycanın çoxəsrlik tarixinə biri-birindən möhtəşəm səhifələri yazdı. Ən əsası qətiyyətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tariximizin şanlı Zəfər səhifəsini yazdı. 
 
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 31 illik yolun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Tarixi Zəfərimiz və son üç ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi istiqamətində atılan addımlar, onların uğurlu nəticələri bu yolun aydın mənzərəsini yaradır. Partiyanın VII qurultayı YAP-ın qarşısında dayanan yeni hədəflər müəyyənləşdirdi. Tarixi Zəfərimizin fonunda keçirilən qurultay yeni qərarların qəbulu, rəhbər orqanların yeni tərkibinin formalaşması, yeni Nizamnamənin qəbulu ilə gələcək barədə aydın proqrama malik olduğunu ortaya qoydu. Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq yeni-yeni hədəflərə doğru inamla addımlayır.  Dövlət başçısı, YAP Sədri  cənab İlham Əliyev partiyanın VII qurultayında belə bir əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. 
 
Vüqar Rəhimzadə qeyd edib ki, 2021-ci ilin sonlarında təsdiqlənən partiyanın  yeni Proqramı qarşıdakı dövrün bütün hədəflərini özündə əks etdirir. Bu hədəflərə nail olmaq üçün əsas çağırış budur: “Biz birlikdə güclüyük!” Hazırda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdış ünvanlarının sayı gündən-günə artır. Bugünümüzün qürurverici hadisələrindən biri Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə, bütövlükdə Qarabağın hər bir güşəsində dalğalanmasıdır. Dövlət başçısı İlham Əliyev Zəfər Günündə Xankəndidə keçirilən hərbi paradda böyük qürur hissi ilə bildirdi: “20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”
 
YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, 31 ilin uğurları yeni-yeni hədəflərə doğru inaila addımlamağa stimul verir. “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışını bu gün “Biz birlikdə güclüyük!” əvəz edir.
 
Oxşar xəbərlər
15:51, Bu gün
Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu
15:44, Bu gün
Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO
15:37, Bu gün
"Almaniya Avropa İttifaqında liderliyini itirir" - "The Economist"
15:30, Bu gün
Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı
15:23, Bu gün
Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO
15:16, Bu gün
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı
15:09, Bu gün
Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi
15:02, Bu gün
Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?
15:00, Bu gün
Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO
14:55, Bu gün
Deputatlığa namizədlərin sayı AÇIQLANDI
14:48, Bu gün
Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?
14:41, Bu gün
Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi
14:38, Bu gün
Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?
14:33, Bu gün
Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR
14:26, Bu gün
Kamilə toy tarixini açıqladı
14:19, Bu gün
“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib
14:12, Bu gün
Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?
14:05, Bu gün
Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış
13:57, Bu gün
Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO
13:50, Bu gün
Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR
13:44, Bu gün
Çarlz Veyli: "Mina təhlükəsi Qarabağın sürətli inkişafına ciddi maneədir" - FOTO
13:38, Bu gün
Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO
13:32, Bu gün
Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi
13:25, Bu gün
İlansancmaları zamanı zərdab tapılmır? - "Ölkədə istehsalı gözlənilir"
13:18, Bu gün
"Azərbaycan və Türkmənistanın elmi-mədəni-iqtisadi əlaqələri müstəqillik illərində yeni inkişaf mərhələsinə qədəm qoyub" - Cavanşir Feyziyev
13:11, Bu gün
Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO
13:04, Bu gün
“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir
12:58, Bu gün
Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
12:53, Bu gün
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı
12:48, Bu gün
"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi keçirilib - FOTO
12:42, Bu gün
Bazar gününün HAVA PROQNOZU açıqlandı
12:35, Bu gün
Açılış mərasimində oyunların emblemi olan bayraq tərs qaldırıldı - VİDEO
12:32, Bu gün
Azərbaycan idmançısı Paris-2024-ə məğlubiyyətlə başladı
12:28, Bu gün
"İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın" - Fazil Mustafa
12:22, Bu gün
Paşinyan yeni diaspor yaradır - ŞƏRH + FOTO
12:17, Bu gün
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?”- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR
12:16, Bu gün
Ağcabədidə son 1 ayda narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
12:12, Bu gün
Ağadadaş Ağayevin son durumu açıqlandı: “Əgər səhhəti əl versə...”
12:08, Bu gün
“Fitch Ratings”dən Azərbaycanın dövlət borcu ilə bağlı PROQNOZ
12:05, Bu gün
Ayaq qoxusunu yox etmək üçün 5 SADƏ ÜSUL
12:02, Bu gün
Həmin hədəflər vurulacaq: Azərbaycan xəbərdarlıq etmişdi
11:59, Bu gün
Dəhşətli qətlin təfərrüatları: “Arvadının başını kəsib özü ilə apardı”
11:56, Bu gün
Polşalı səyyah Xudafərin körpüsünün UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını vacib sayır
11:54, Bu gün
Qida mütəxəssisi həyəcan TƏBİLİ ÇALIR: “Evdə düzgün konserv olunmayan meyvə və tərəvəzlər zəhərlənməyə, ölümə səbəb olur”
11:48, Bu gün
“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”
11:45, Bu gün
Nigarla Mehin kimə söz atır?
11:42, Bu gün
Tramp prezident seçilərsə…
11:41, Bu gün
Türkiyədə fahişəliyə məcbur edilən azərbaycanlı qadınlar TUTULDU
11:40, Bu gün
Soyuq duşun FAYDALARI- Əzələlərin bərpası, stress... 
11:38, Bu gün
Bu giləmeyvə insanı xərçəngdən qoruyur
11:36, Bu gün
İranın yeni seçilən prezidenti sabah and içəcək
11:35, Bu gün
İxtisas seçimi bu tarixdə BAŞLAYIR
11:31, Bu gün
“Deyir, üçüncü uşaq olmasa, səni boşayacağam” - FOTO
11:30, Bu gün
“İbrahim anlaşması”nın TƏHLÜKƏSİ - Cənubi Qafqazda vəziyyət GƏRGİNLƏŞƏCƏK
11:25, Bu gün
Cavanşir körpüsü ərazisindəki yol nə vaxt hazır olacaq? - VİDEO
11:21, Bu gün
Noyabrda Bakıda toylar keçirilməyəcək? - VİDEO 
11:19, Bu gün
Əməkhaqları bu vaxt artırılacaq: İlk kateqoriya müəyyənləşib - Şərtlər açıqlandı
11:15, Bu gün
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi - FOTOLAR
11:14, Bu gün
Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
11:07, Bu gün
FHN əhaliyə müraciət etdi
11:00, Bu gün
Bu xidmət Şəkidə PULSUZ OLDU 
10:52, Bu gün
"Real" 16 yaşlı argentinalı futbolçunu transfer edir
10:47, Bu gün
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
10:45, Bu gün
Azərbaycanda daha hansı banklar bağlanacaq?
10:41, Bu gün
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
10:39, Bu gün
Taksilərin zolaq PROBLEMİ - Sürücülər yeni cərimələrdən NARAZIDIR - VİDEO
10:35, Bu gün
Bakıda xanım sürücünün maşınından içi dolu çantası oğurlandı - HADİSƏ ANI
10:32, Bu gün
"Marketlərdə anarxiya var, xurmaya qurd düşürsə, demək..." - Ekspert
10:29, Bu gün
Bu məmurlar istefa verəcək - İcra başçısı, səfir..
10:24, Bu gün
Xərçəngsən dedilər, ağciyərindən bibər çıxdı
10:15, Bu gün
Arazdəyənin üzərində Bayrağımız dalğalanır - FOTO
10:15, Bu gün
Dadlı meyvə salatını necə hazırlayaq? - SADƏ ÜSUL
10:11, Bu gün
“Pompeonun Ukraynadakı müharibəni bitirmək üçün 500 milyardlıq planı ən real plandır...”
10:09, Bu gün
PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək
10:02, Bu gün
Abşeronda bir azyaşlı körpə hovuzda boğulub
09:56, Bu gün
"Ermənistan Hindistandan bu ölkə üçün silah alır"
09:49, Bu gün
Bəzi bölgələrə leysan yağıb - FAKTİKİ HAVA
09:43, Bu gün
Bakiç “Şamaxı”da
09:37, Bu gün
Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
09:30, Bu gün
Ucarda meşəlik ərazidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
09:22, Bu gün
“Google” erası başa çatır - "OpenAI" yeni axtarış sistemini işə salır
09:14, Bu gün
“Harris qalib gəlsə, III Dünya müharibəsi baş verəcək”
09:07, Bu gün
3 arvadı var, gənc xanım saxlayır - Xalq artistinin gəlinindən şok iddia - VİDEO
09:00, Bu gün
Məşhurlardan biri balta ilə hədə-qorxu gəldi - FOTO
08:49, Bu gün
Paşinyan Bakıya “səfəri”ndən niyə şou düzəldir?
08:37, Bu gün
Azərbaycan bazarını ələ keçirən Çin avtomobilləri: Üstünlükləri nələrdir?
08:28, Bu gün
Zeytun belə yeyildikdə “zəhər”ə çevrilir
08:19, Bu gün
Qəhvəni bu saatlarda içməyin – DİQQƏT!
08:17, Bu gün
Sərxoş "FSB" agenti Paris Olimpiadasında törədəcəyi  təxribatdan danışdı...-VİDEO
08:11, Bu gün
İtaliya 10 il fasilədən sonra BUNU ETMƏYİ PLANLAŞDIRIR 
07:59, Bu gün
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
07:53, Bu gün
Alimlər ilk görüşlərdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
GÜNLÜK
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
AYLIQ
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib