“Putin və “HƏMAS” eyni məqsəd üçün mübarizə aparır...” -Baydenin köşə yazısı...xa0
Ekskluziv
2427
19 Nov 2023 | 07:57

“Putin və “HƏMAS” eyni məqsəd üçün mübarizə aparır...” -Baydenin köşə yazısı...xa0

“Rusiya diktatoru və “islamçı” terrorçular qonşu demokratiyanı xəritədən silməyə çalışırlar...”
 
“ABŞ prezidenti iki kobud səhv edib: birincisi, “islamçı” terrorçular ifadəsində “islamçı” sözünü dırnaqsız yazıb. Çünki terrorun İslama heç bir aidiyyatı yoxdur...Kimlərsə “İslam” adı altında terror törədirsə, o, istər İslamın, istərsə də bütövlükdə müsəlman dünyasının günahı deyil. İkincisi, İsrailin... ”
 
ABŞ prezidenti Co Bayden hesab edir ki, Avropa və Yaxın Şərqdəki müasir müharibələr dövründə dünya qəbul edilən qərarların gələcək nəsillər üçün istiqaməti müəyyən edəcəyi bir dönüş nöqtəsindədir. Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinlə “islamçı” terror qruplaşması “HƏMAS”-ı eyni səviyyəyə qoyub.
 
Amerika lideri bu barədə “Washington Post”(Vaşinqton-Post”) üçün köşə yazısında yazıb.
 
“Həm Putin, həm də “HƏMAS” qonşu demokratiyanı xəritədən silmək üçün mübarizə aparır. Həm Putin, həm də “HƏMAS” daha geniş regional sabitliyi və inteqrasiyanı pozmağa və nizamsızlıqdan istifadə etməyə ümid edir. Amerika buna imkan verə bilməz və verməyəcək. Milli təhlükəsizliyimiz və dünyanın rifahı naminə…”, - deyə Bayden bildirib.
 
O vurğulayıb ki, Birləşmiş Ştatlar təcavüzkarlara müqavimət göstərmək və daha parlaq, daha dinc gələcəyə doğru irəliləyiş əldə etmək üçün müttəfiqlərini və tərəfdaşlarını birləşdirməyə borcludur. Amerika prezidenti deyib ki, Amerika bu “liderrlik vəzifəsini” üzərinə götürür, çünki əks halda münaqişə riski daha çox yayıla və onun həlli üçün xərclər daha da arta bilər.
 
Co Bayden Avropa və Yaxın Şərqdəki böhran kontekstində cavablandırılmalı olan əsas sualları açıqlayıb: 
 
“İsraillilər və fələstinlilər sülh şəraitində, iki xalq üçün iki dövlətlə yanaşı yaşaya bilərlərmi?
Ukrayna xalqının azad yaşaması və Avropanın qlobal sülh və təhlükəsizliyin lövbəri olaraq qalması üçün biz Vladimir Putini  təcavüzünə görə məsuliyyətə cəlb  edə biləcəyikmi?”
 
Amerika lideri hesab edir ki, Fələstin xalqı öz dövlətinə və “HƏMAS”-dan azad gələcəyə layiqdir. O, həmçinin, vurğulayıb ki, Birləşmiş Ştatlar Amerika qoşunlarının Rusiya-Ukrayna müharibəsində iştirakına icazə vermir, lakin Putinin yeni işğalçılıq cəhdlərinin və münaqişənin yayılmasını dayandırmaq üçün silah verir və iqtisadi yardım göstərir.
 
“Biz keçən əsrin iki dünya müharibəsindən bilirik ki, Avropada təcavüz cavabsız qalanda böhran öz-özünə sönmür. Bu birbaşa Amerikaya aiddir. Buna görə də, bu gün Ukrayna ilə bağlı öhdəliyimiz öz təhlükəsizliyimizə sərmayədir. Bu, sabahkı daha geniş münaqişənin qarşısını alır”, - deyə Co Bayden vurğulayıb.
 
Xatırladaq ki, bir müddət əvvəl prezident Co Bayden Konqresdən Rusiyaya qarşı mübarizə aparan Ukrayna üçün kömək istəyib. Söhbət 61 milyard dollardan gedir...
 
P.S. ABŞ prezidenti bircə kobud səhv edib: birincisi, “islamçı” terrorçular ifadəsində “islamçı” sözünü dırnaqsız yazıb... Çünki terrorun İslama heç bir aidiyyatı yoxdur. Kimlərsə “İslam” adı altında terror törədirsə, o, istər İslamın, istərsə də bütövlükdə müsəlman dünyasının günahı deyil. İkincisi, İsrailin bir ölkə kimi özündə demokratiya olsa da, öz qonşusu olan Fələstin, Qəzzadakı dinc insanlarla davranışı demokratiya, ədalət dəyərlərinə qətiyyən uyğun deyil. Bir “HƏMAS”-a görə 13 mindən çox dinc insanı, 5 mindən çox uşağı qətlə yetirməyə heç nə haqq qazandırmır...   Ümid edirik ki, Amerika lideri gələn yazısında bu səhvləri nəzərə alacaq..
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər