“Biz dar məqamlarında bu ölkənin yanında olmuşuq, amma onlar...”
Aktual
2429
14 Nov 2023 | 11:57

“Biz dar məqamlarında bu ölkənin yanında olmuşuq, amma onlar...”

Gürcüstanın Ermənistana göndərilən fransız hərbi texnikası üçün tranzit rolunda çıxış etməsi və bunun Azərbaycan cəmiyyətində doğurduğu narazılıq son günlərin ən çox müzakirə olunan məsələlərindən biridir.

 

Maraqlıdır, rəsmi Tiflisin bu addımı Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirə bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Gürcüstanın məlum davranışını tənqid edib, bunun bütün hallarda müzakirtə obyekti olacağını vurğulayıb:

 

“Bu hadisə şübhəsiz ki, ən azından müzakirə obyekti olacaq.

 

Gürcüstan tez-tez deyirdi ki, biz Azərbaycan və Ermənistan münaqişəsində tərəfsizik. Bugünlərdə  Brüsseldə keçirilən sülh və təhlükəsizlik konfransında Gürcüstanın prezidenti bəyan etdi ki, biz nə Azərbaycanı, nə də Ermənistanı müdafiə etmirik. Yəni neytralıq. Sən demə o, çıxış etdiyi saatlarda Fransanın göndərdiyi zirehli maşınlar Poti limanından çıxarılaraq Ermənistana yola salınırmış. Gürcüstan bununla Azərbaycanla olan strateji əməkdaşlıq münasibətlərinə ciddi xələl toxundurdu. Yəqin ki, bu məsələ Azərbaycan siyasi rəhbərliyi tərəfindən qiymətləndiriləcək.

 

Gürcüstanın ən ağır dönəmlərində biz onun yanında olmuşuq. Ona hər cür yardm göstərmişik. Gürcüstana pulsuz qaz və elektrik enerjisi vermişik. Azərbaycanın gerçəkləşdirdiyi demək olar k, bütün beynəlxalq layihələrin hamısına Gürcüstanı cəlb etmişik. Gürcüstan xəzinəsinə gələn vəsaitin 47%-ni Azərbaycanla reallaşdırdığı beynəlxalq layihələrdən əldə olunur. Gürcüstan bunları unutmamalıdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər