Ukrayna şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı aksiya keçirilib
Siyasət
1920
09 Nov 2023 | 11:11

Ukrayna şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı aksiya keçirilib

Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Konqresinin yerli təşkilatlarının təşəbbüsü ilə Çernovtsı və Jitomir şəhərlərinin mərkəzi küçələrində quraşdırılmış bilbordlarda 8 Noyabr tarixinin Azərbaycanın Zəfər Günü olduğuna diqqət cəlb edilib. Bilbordlarda “Qarabağ Azərbaycandır!” şüarı, Şuşanın azadlıq rəmzi olan “Xarıbülbül”ün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.

Məlumatlandırma aksiyasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər