Prokuror rüşvət almaqda təqsirləndirilən sabiq şöbə rəislərinə 9 il iş istəyib
Kriminal
2576
04 Nov 2023 | 10:55

Prokuror rüşvət almaqda təqsirləndirilən sabiq şöbə rəislərinə 9 il iş istəyib

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisləri - Adil Hüseynov və Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı A.Hüseynov və T.İsgəndərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

İttihamda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət alıblar.
Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Link kopyalandı!
Son xəbərlər