Deputat: “Tarixi qələbəmizi əks etdirən bədii əsər yazılmayıb, filmlər çəkilməyib”
Cəmiyyət
2618
03 Nov 2023 | 16:07

Deputat: “Tarixi qələbəmizi əks etdirən bədii əsər yazılmayıb, filmlər çəkilməyib”

“Azərbaycan 3 ildir qələbə qazanıb. Lakin hələ də bu tarixi özündə əks etdirən bədii əsər və filmlər görə bilmirik”.
 
Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
 
O bildirib ki, dövlət büdcəsindən kino sahəsi üçünü ayrılan vəsaitlərə də bu istiqamətdən baxılmalıdır:
 
“Bəzən insan unutqan olur. Tarixi qələbədə əməyi olan qəhrəmanları yaşatmalıyıq. Mədəniyyət Nazirliyi də bilavasitə bu işə dəstək verməli və nəticə görməliyik”.
 
Link kopyalandı!
Son xəbərlər