Sərhəddən buraxdığımız Şahramanyan İrəvanda Xocalı canisi Sərkisyanla görüşdü?..
Ekskluziv
3344
03 Nov 2023 | 08:42

Sərhəddən buraxdığımız Şahramanyan İrəvanda Xocalı canisi Sərkisyanla görüşdü?..

Ötən gün  gorbagor(!) “artsax”ın Ermənistana keçə bilmiş sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanla Ermənistanın üçüncü terrorçu prezidentİ Serj Sarkisyan arasında görüş keçirilib. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
Xəbərdə deyilir ki, görüş təşəbbüsü Serj Sərkisyandan gəlib. 
 
“Ermənistan Respublika partiyasındakı mənbələrimizin bildirdiyinə görə, Serj Sərkisyan Şahramanyanla şəxsən tanış olsa da, ikinci daha çox onunla yox, Bako Saakyanla(hazırda Bakıda həbsdə olan keçmiş separatçı-terrorçu rəhbər-S.L.) yaxındır. Sərkisyan Şahramanyanla görüşmək və onu dinləmək arzusunda olduğunu və ona şəxsən dəstək göstərməyə çalışdığını bildirib. Təbii ki, onlar konkret olaraq nə danışdıqlarını və nədə razılaşdıqlarını açıqlamayıblar”- erməni nəşri belə yazır.
 
S.Laçın
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər