DİN vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb
Cəmiyyət
1543
30 Oct 2023 | 09:40

DİN vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qanunsuz saxlanılan odlu silahları təhvil verməyə çağırıb.

Bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, əgər vətəndaşda döyüş silahı varsa, o silah hansısa cinayətdə istifadə olunacaq.

"Əgər istifadə olunma ehtimalı yoxdursa, o silah onun nəyinə lazımdır? Ona görə də qanunsuz saxlanılan odlu silah kimdə varsa təhvil verilməlidir. Könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə DİN həmin şəxsə təşəkkür edəcək", - E.Hacıyev bildirib.

Link kopyalandı!
Son xəbərlər