Xankəndidə qorxunc gecə: 200 çılpaq insan bizə tərəf qaçırdı - VİDEO
2169
29 Oct 2023 | 19:00

Xankəndidə qorxunc gecə: 200 çılpaq insan bizə tərəf qaçırdı - VİDEO

"Sentyabrın 25-də partlayış baş verəndə bizim üçün ağır və çətin vəziyyət yaranmışdı. Biz müharibə vəziyyətində işləməyə öyrəşmişdik, amma bu, tamam başqa durum idi".
 
Moderator.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu "Pastinfo"ya müsahibəsində Xankəndi xəstəxanasının keçmiş direktoru Mher Musayelyan deyib.
 
"Dəhşətli gün idi... 200 nəfər tamamilə çılpaq və yanmış insan qışqıra-qışqıra xəstəxanaya daxil oldular. İnsanların içəri girməsinin qarşısını almaq üçün qapının qarşısında dayanmalı olduq. Qapının ağzında insanlara ağrıkəsiciləri verməyə başladıq. Dəhşətli vəziyyət idi", - o bildirib.
 
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində təxminən 200 erməni həlak olub.
 

 

Link kopyalandı!
Son xəbərlər