09:22
14°C
Bakı
Kahramanmaraş mərkəzli zəlzələlərdə böyük ziyan görən Hatayda söküntü işləri davam edir.
Antakya bölgədə ən çox dağıntıların olduğu rayonlardan biridir. Rayonun Günyazı adlı ərazisində on mərtəbəli iki bina dinamitin köməyi ilə dağıdılıb. Vətəndaşlar partlayış və dağıntı anını maraqla izləyiblər.
Binanın partladılması zamanı heç bir xoşagəlməz hadisə baş verməyib.
Mənbə: İHA