Corc Dik:
Dünya
1981
28 Oct 2023 | 09:40

Corc Dik: "Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir"

"Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir".

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".

Corc Dik İsrailin də məqsədindən söz açıb: "İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər