Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətindədir”
Siyasət
1922
27 Oct 2023 | 19:25

Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətindədir”

Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqi (Aİ) liderləri Ermənistan və Azərbaycan arasında vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.

"Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqik", - o bildirib.

Qeyd edək ki, oktyabrın 26-27-də Brüsseldə keçirilən sammitdə xarici siyasətlə bağlı məsələlər, o cümlədən Priştina-Belqrad münasibətləri və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər