Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
İdman
1697
27 Oct 2023 | 10:55

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.

Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

Link kopyalandı!
Son xəbərlər