Gömrük Akademiyasında “TGT nədir?” mövzusunda infosessiya keçirilib - FOTO
Cəmiyyət
2454
26 Oct 2023 | 11:32

Gömrük Akademiyasında “TGT nədir?” mövzusunda infosessiya keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr üçün “TGT nədir?” mövzusunda infosessiya keçirilib.

Akademiyadan Moderator.az-a bildirilib ki, ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov və klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilatın fəaliyyəti, həyata keçirdiyi proqram və layihələri, klubları haqqında birinci kurs tələbələrinə geniş məlumat veriblər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Link kopyalandı!
Son xəbərlər