Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində üçüncü yeri tutdu
İdman
2218
25 Oct 2023 | 17:48

Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində üçüncü yeri tutdu

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
 
73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə ABŞ-dən olan Cek Yonezukaya qalib gəlib.
 
Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə beşinci olub.
 
Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər