Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər
İdman
2520
25 Oct 2023 | 15:28

Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal uğrunda görüşdə iştirak edəcək.
 
73 kq-da mübarizə aparan idmançı yarımfinala qədər irəliləsə də, bu raundda Özbəkistan təmsilçisi Şakram Ahadova uduzub.
 
O, bürünc medal uğrunda ABŞ-dən olan Cek Yonezuka ilə üz-üzə gələcək.
 
Eyni çəkidə mübarizə aparan İbrahim Əliyev ilk qarşılaşmada məğlub olub.
 
Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə beşinci olub.
 
Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər