Ağstafada sərxoş şəxs intihara cəhd edib
Hadisə
2837
22 Oct 2023 | 18:41

Ağstafada sərxoş şəxs intihara cəhd edib

Ağstafanın Soyuqbulaq kəndində sərxoş vəziyyətdə özünü öldürmək istəyən şəxsi polis xilas edib.
 
Hadisə Soyuqbulaq kəndində qeydə alınıb.
 
Ağstafa rayon Polis Şöbəsinə rayon ərazisində bir nəfər şəxsin 13 metr hündürlüyündə dəmir konstruksiyadan atmaq istəməsi barədə məlumat daxil olub.
 
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və intihara cəhd edən H. İbrahimovu təhlükəsiz şəkildə aşağı düşürüb.
 
Ağır dərəcədə sərxoş olan şəxs hər hansı xəsarət almayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər