İdman
2932
22 Oct 2023 | 15:41

"Qalatasaray"ın hücumçusu Mauro İkardi zədələnib

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi zədələnib.
 
Hücumçu "Beşiktaş"a 2:1 hesabı ilə qalib gəldikləri Superliqanın IX tur oyununda sıradan çıxıb.
 
Argentinalı forvard ayaq biləyindən zədə alıb.
 
"Sarı-qırmızılar" onun müalicəsinə başlanıldığını bildirib.
 
Qeyd edək ki, "Qalatasaray" oktyabrın 24-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.
Link kopyalandı!
Son xəbərlər