Saxta bomba xəbərlərinə görə 18 nəfər SAXLANDI
Dünya
2843
22 Oct 2023 | 14:27

Saxta bomba xəbərlərinə görə 18 nəfər SAXLANDI

Hava limanlarına, muzeylərə və məktəblərə bomba qoyulması ilə bağlı yalan məlumatlara görə hüquq-mühafizə orqanları tərəfindən iyirmidən çox araşdırma başlayıb.
 
News24.az “Le Figaro”ya istinadla xəbər verir ki, bunu Fransanın ədliyyə naziri Erik Düpon-Moretti deyib.
 
Son günlər ölkədə yalançı bomba xəbərləri ictimai yerlərin tez-tez bağlanmasına səbəb olub. Yalan təhdidlərə görə artıq 18 nəfər həbs edilib, 22 nəfərlə bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, ötən gün Fransanın on səkkiz hava limanı bomba xəbərdarlığınba görə müvəqqəti bağlanıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər