Ekskluziv
1912
21 Oct 2023 | 16:13

"Avdeyevka uğrunda döyüş uzunmüddətli olacaq" - hərbi ekspert

 
"Putin işğalçıların qarşısına Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq vəzifəsini qoyub..."
 
"Düşmən ukraynalı hərbçilərin müdafiəsini yarmaq və Avdeyevkanı mühasirə almaq üçün intensiv hücuma keçib, lakin canlı qüvvə və texnika sarıdan xeyli itkilərə məruz qalır..."
 
"Rusiyanın bu istiqamətə bilavasitə cavabdeh olan komandanlığı Putinə məğlubiyyətlər barədə məruzə edə bilməz..."
 
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının ehtiyatda olan hərbçılər Şurasının sədri İvan Timoçko hesab edir ki, Avdeyevka ətrafında "oyun uzun müddət davam edəcək".
 
Moderator.az xəbər verir ki, bu barədə o, telemarafonda Avdeyevka istiqamətində vəziyyət barədə suala cavabında deyib. Məlumatı "rbc.ua" nəşri yayıb.
 
Timoçko qeyd edib ki, həm Avdeyevka, həm də Kupyansk istiqamətləri düşmənin Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttinin yarılması tapşırığında faktiki olaraq bir fəaliyyət deməkdir.
 
"Bunun səbəbləri çoxdur. Birinci və əsas səbəb odur ki, Putin onların qarşısına Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çixmaq vəzifəsini qoyub. Bundan başqa, Avdeyevka istqamətində onların topladığı qüvvə və vasitələrdir. Bu, ona hesablanıb ki, onlar Avdeyevkanı cinahlardan keçərək mühasirəyə alacaq, onu ələ keçirəcək və kiçik də olsa, "Putin üçün qələbə" nümayiş etdirəcək", - o, deyib.
 
Timoçko qeyd edib ki, Avdeyevka çox yaxşl möhkəmləndirilmiş sənaye rayonudur, orada hələ 2014-cü ildən döyüşlər gedib və mühəndis istehkamları inşa edilib. Onun sözlərinə görə, işğalçılar gələcəkdə bu möhkəmləndirilmiş rayondan özləri üçün istifadə edə biləcəklərini düşünüb.
 
"Və əlbəttə ki, onların topladığı və döyüşə ilk olaraq cəlb etdiyi qüvvə və vasitələr özünü doğrultmayıb. Deməli, Rusiyanın bu istiqamətinə bilavasitə cavabdeh olan komandanlığı Putinə məğlubiyyətlər barədə məruzə edə bilməz. Ona görə də onlar əvvəllər olduğu kimi oraya yeni qüvvələr cəlb edəcək. Orada hər şeydən göründüyü kimi, oyun, təəssüf ki, hələ uzun müddət davam edəcək", - ekspert deyib.
 
O, izah edib ki, bu, Ukrayna hərbi qulluqçular üçün böyük yükdür, lakin belə görünür ki, düşmən orada hər halda hücuma cəhd edəcək.
 
Avdeyevkada bugünkü vəziyyət
 
Xəbər verildiyi kimi, USQ Baş Komandanı Valeri Zalujnı vurğulayıb ki, rusiyalı işğalçılar ukraynalı hərbçilərin müdafiəsini yarmaq və Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir.
 
Onun sözlərinə görə, düşmən fəal şəkildə hücum bölmələrini tətbiq edir, çoxlu sayda zirehli texnika cəlb edir, aviasiya və artilleriyadan istifadə edir. Eyni zamanda, ukraynalı döyüşçülər hücumları dəf etməkdə davam edir, düşmənin canlı qüvvə və texnikasını məhv edir.
 
Sonradan Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) məlumat verib ki, oktyabrın 20-də rusiyalı işğalçılar Avdeyevka rayonunda hücumu bərpa edib və bir qədər irəliləyib.
 
Qeyd edilir ki, rusiyalılar yenidən qruplaşaraq intensiv hücuma keçib. Bu, onu sübut edir ki, onlar gerçəkdən Avdeyevkanı ələ keçirə biləcəyini hesab edir və ya komandanlığın hücum əməliyyatlarının prioritetlərini düzgün hesablamır və şəxsi heyət və texnikanın xeyli itkilərini nəzərə almır.
 
Bu gün, oktyabrın 21-də USQ Baş Qərargahının səhər məlumatında qeyd edilir ki, düşmən Avdeyevkanı mühasirəyə almaq cəhdlərindən əl çəkmir, lakin ukraynalı hərbi qulluqçular müdafiə olunur, qəsbkarları çoxsaylı itkilərə məruz qoyur.
 
Bu istiqamətdə işğalçıların Donetsk vilayətinin Novokalinovka, Stepnoye və Pervomayskoye rayonlarında hücum əməliyyatları uğursuz olub.
 
Eyni zamanda, Kupyansk istiqamətində ukraynalı döyüşçülər Xarkov vilayətinin Sinkovka və İvanovka rayonlarında düşmənin 20-dən çox, həmçinin Luqansk vilayətinin Nadiya məntəqəsi yaxınlığında beş hücumunu dəf edib.
Link kopyalandı!
Son xəbərlər